Livanın “Hizbullah” hərəkatı İsrailin şimalındakı aviabazaya pilotsuz təyyarə hücumu edib.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə qrup öz Telegram kanalında məlumat verib.
Hücum İsrailin şimalındakı Ramat David Hava Bazasını hədəfə alıb.
Bir neçə dron bazadakı radar qurğularına və idarəetmə qüllələrinə zərbələr endirib.
Qeyd edık ki, 28 fevralda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Martın 2-də isə İsrail Livana da müharibə elan edib. Ondan əvvəl “Hizbullah” İsrailin Hayfa şəhərinə zərbə endirib.













