Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Gəlin, Cabirin ailəsini dolandırın, biz də gözləyək” – Tahir İmanov konsertə hazırlaşır – VİDEO

03/03/2026 17:29
Gündəm
795 51
“Gəlin, Cabirin ailəsini dolandırın, biz də gözləyək” – Tahir İmanov konsertə hazırlaşır – VİDEO
700
Paylaşım sayı
972
Baxış sayı

Əməkdar artist Tahir İmanov Heydər Əliyev Sarayında “Planet Parni iz Baku” KVN Teatrının Cabir İmanovun 50 illik yubileyinə həsr olunan “Xalqın artisti” adlı yeni konsertinin keçiriləcəyini açıqlayıb.

Gündəm24.az  xəbər verir ki, T.İmanov qardaşının ili tamam olmadan konsert verdiyi üçün mənfi fikirlər bildirən insanlara cavab verib.

O bildirib ki, Cabir heç vaxt razı olmazdı ki, onun yubileyi qəmgin notlarla keçsin.

“Gecə-gündüz işlər gedir və sizi bəri başdan inandıraq ki, hamınızı möhtəşəm bir şou gözləyir. Düz eşitdiniz – Şou. Çünki Cabir özü heç vaxt razı olmazdı ki, onun yubileyi qəmgin notlarla keçsin. Cabir tamamilə başqa bir insan, şəxsiyyət idi. Bunu mən elə belə demədim. Çünki şərhlərdə bəzi insanlar yazır ki, heç olmasa bir il gözləyərdiniz.

Birincisi, onu deyim ki, bizim gözəl dinimiz İslamda “il, cümə axşamı” və s. anlayışı yoxdur. İkincisi, lap tutaq ki, var, bu hər bir insanın şəxsi işidir və digər insanların şəxsi həyatına qarışmaq düzgün olmazdı.

Üçüncüsü, əgər bu insanlar doğrudan da belə arqumentlə yazırlar, onda problem yoxdur. Gəlin bizim ofisimizə, həm kollektivimizi, həm Cabirin ailəsini dolandırın, biz də sizin həmin o şərhlərə riayət edək, bir il gözləyək.

Yox, əgər bunu da başa düşmədizsə, yenə də həmişə olduğu kimi sizə bir məsləhət vermək istəyirəm. Ya xeyir danışın, ya da susun, əziz qardaşlar, əziz bacılar, hörmətli xanımlar, cənablar”.

Əməkdar artist həmçinin “Cabirsiz nə konsert, Cabirsiz nə yubiley” fikirlərinə də münasibət bildirib:

“Biz Cabirlə birlikdə 2001-ci ildə “Planet Parniz Baku”nu yaradanda nə qədər bədbin mesajlar, şərhlər, zənglər alırdıq. Deyirdilər ki, ikiniz nə edəcəksiz, siz axı KVN deyilsiz, siz axı “Parni iz Baku” deyilsiz. Amma biz bunu etdik. Biz Cabirlə böyük layihələrə imza atdıq. Yenə də həmin insanlar sakitləşmədilər. Bəhram Bağırzadə qoşulanda dedilər ki, bəs o birilər hardadır, uşaqların digər hissəsi qoşulanda ən çox rusca yazırdılar “KVN artıq nitod”. Yaxşı, nitoddur, indi niyə həmin insanlar həmin o bizim konsertlərə, layihələrə “əfsanəvi səhnələr”, “əfsanəvi konsertlər” deyirlər? Nədir bu? İkiüzlülük deyilmi, riyakarlıq deyilmi? Bu, ən azı kişilikdən deyil. Ona görə biz bu cür şərhləri qəbul etmirik.

Mənim Cabirdən fərqim ondan ibarətdir ki, həmişə öz etirazımı müsahibələrdə bildirir, ürəyimdə olan bütün zir-zibili tökürdüm, saxlamırdım. Amma Cabir ürəyində salırdı. Çünki məndən fərqli olaraq o, çox az müsahibə verib və həmişə qəlbində saxlayıb, həmin o kommentlərə, şərhlərə görə stresslər yaşayıb. Çox ürəyinə salırdı, çox fikir edirdi, zəng edib deyirdi ki, axı bunlar niyə belə edir, niyə belə yazırlar, axı biz əziyyət çəkmişik, ən azından əziyyətimizə, zəhmətimizə qiymət versinlər.

Cabirə də deyirdim ki, səbr et, onsuz da Azərbaycanda yaşayan hər bir yumor, satira ustasına sağ ikən belə qiymət verirlər, ancaq öləndən sonra başlayırlar dahi, əfsanəvi sözlər, şərhlər yazmağa, necə ki, qardaşıma yazdırırlar. Odur ki, indikilərin də qədrini bilin. Və yenə də o insanlara demək istəyirəm ki, teatrımız yaşayır, yaradır və mayın 15-16-sı möhtəşəm 3 konsertlə hüzurunuza gələcəyik”.
Bakupost.az

 

Oxşarxəbərlər

Bakıda müşahidə olunan qəribə havanın səbəbi bu imiş
Gündəm

Bakıda müşahidə olunan qəribə havanın səbəbi bu imiş

22/09/2026 11:37
957
PUA təhlükəsi: Azərbaycana uçan təyyarələr havaya qalxa bilmədi
Gündəm

PUA təhlükəsi: Azərbaycana uçan təyyarələr havaya qalxa bilmədi

22/09/2026 11:33
955
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl
Gündəm

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
959
5 yaşlı uşağı olanların nəzərinə
Gündəm

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
974
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI
Gündəm

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
966
Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia
Gündəm

Ucal Bayramovun atasından “Şəki yaylası” faciəsi ilə bağlı sarsıdıcı iddia

21/09/2026 16:04
984

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR

Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR

22/09/2026 12:35
959
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ: Sentyabrın 23-də nə baş verəcək?

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ: Sentyabrın 23-də nə baş verəcək?

22/09/2026 12:31
961
TƏBİB Maştağada yaralanan şəxslərlə bağlı MƏLUMAT YAYDI

TƏBİB Maştağada yaralanan şəxslərlə bağlı MƏLUMAT YAYDI

22/09/2026 12:22
955
Gözlənilən səfər BAŞ TUTDU – Pezeşkian ABŞ-a YOLA DÜŞDÜ

Gözlənilən səfər BAŞ TUTDU – Pezeşkian ABŞ-a YOLA DÜŞDÜ

22/09/2026 12:21
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
959

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.