Çərşənbə, Oktyabr 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR

22/09/2026 12:35
CƏMİYYƏT, Manşet
795 51
Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR
700
Paylaşım sayı
972
Baxış sayı

Bank kreditlərində zamin durmaq hüquqi müstəvidə kifayət qədər ciddi öhdəlik və məsuliyyət tələb edən addımdır. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsi zaminin məsuliyyətini yalnız əsas borc məbləği ilə məhdudlaşdırmır, kredit öhdəliyinin yerinə yetirilməməsindən doğan əlavə xərclərin də zaminin üzərinə düşməsini birbaşa təsbit edir.

Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, zamin kreditor (bank) qarşısında borclu ilə eyni həcmdə cavabdehlik daşıyır. Bu qanunvericilik norması göstərir ki, borclu kredit ödənişini gecikdirdikdə və ya ümumiyyətlə ödəmədikdə, bank tərəfindən hesablanan faizlər, cərimələr və digər maliyyə sanksiyaları avtomatik olaraq zaminin də öhdəliyinə çevrilir.

Yaranan əlavə xərclərin tərkibinə müqavilə şərtlərinin pozulmasına görə tətbiq edilən dəbbə pulu (dəymiş zərər), hesablanmış əlavə faizlər, habelə borcun məcburi qaydada tutulması üçün bankın çəkdiyi hüquqi xərclər daxildir.

Əgər məsələ məhkəmə müstəvisinə keçərsə, Mülki Məcəllənin 472.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddia qaldırılması üçün ödənilən dövlət rüsumu və işə baxılması ilə bağlı digər məhkəmə xərcləri də zaminin üzərinə qoyulur. Məhkəmə qərarı icraya yönəldildikdə isə icra məmurları tərəfindən tətbiq edilən icra ödənişləri (məcburi icra xərcləri) də cavabdeh qismində zaminin əmlakından və ya əməkhaqqından tutula bilər.

Təcrübədə banklar adətən müştərək zaminlik müqavilələrinə üstünlük verirlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borc ödənilmədikdə kreditor əsas borclu ilə zaminə qarşı müştərək tələb irəli sürmək hüququna malikdir. Bu da banka imkan verir ki, əsas borclunun ödəniş qabiliyyətinin olub-mamasından asılı olmayaraq, birbaşa zaminə müraciət etsin və bütün borcu — əsas məbləğ, faiz və bütün əlavə xərclər daxil olmaqla — ondan tələb etsin.

Zaminin bu cür əlavə xərclərdən azad olmasının yeganə hüquqi yolu zaminlik müqaviləsi bağlanarkən məsuliyyətin həcmini xüsusi bəndlə məhdudlaşdırmaqdır. Mülki Məcəllənin 472.2-ci maddəsində yer alan “zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa” qeydi tərəflərə müqavilə sərbəstliyi verir. Əgər müqavilədə zaminin yalnız əsas borca görə məsuliyyət daşıdığı, dəbbə pulu və məhkəmə xərclərinə görə cavabdeh olmadığı açıq şəkildə yazılarsa, bank əlavə xərcləri zamindən tələb edə bilməz. Lakin kommersiya banklarının standart təcrübəsində bu cür məhdudlaşdırıcı bəndlərə nadir hallarda rast gəlinir.

Öhdəliyin icrasından sonra zaminin hüquqi müdafiəsi Mülki Məcəllənin 474.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, kreditorun tələbini yerinə yetirən zamin reqres (geritələb) hüququ qazanır. Bu o deməkdir ki, zamin banka ödədyi bütün summanı — əsas borcu, faizləri, cərimələri və ödənilmiş məhkəmə-icra xərclərini — sonradan əsas borcludan məhkəmə qaydasında tələb etmək və zərərini təmin etmək hüququna malikdir./NOCOMMENT.az

Oxşarxəbərlər

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!
Gündəm

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

07/10/2026 01:35
993
Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ
Manşet

Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

07/10/2026 01:10
966
Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi
CƏMİYYƏT

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

07/10/2026 00:10
956
Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN
Manşet

Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

07/10/2026 00:01
969
Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı
Manşet

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı

06/10/2026 23:51
980
Şəhid anası vəfat etdi
Hadisə

Şəhid anası vəfat etdi

06/10/2026 23:29
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

07/10/2026 01:35
993
Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

07/10/2026 01:10
966
Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

07/10/2026 00:10
956
Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

07/10/2026 00:01
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

06/10/2026 14:51
1k

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

06/10/2026 10:33
964

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

06/10/2026 08:49
964

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

05/10/2026 17:13
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In