İranda Azərbaycanla bağlı qadağa qərarı qəbul edilibmiş?
Gündəm24.az xəbər verir ki,1993-cü ilin əvvəllərində İran hakimiyyət orqanları İran və Azərbaycan vətəndaşlarının bir-biri ilə ailə qurmasını əngəlləyən qərar qəbul etmişdi.
Bu barədə məlumat tarix elmləri doktoru Nəsib Nəsiblinin “Azərbaycan geopolitikası və neft” kitabında əks olunur.
“İki Azərbaycan arasındakı üzvi əlaqələrin genişlənməsinə mane olan bu qərarın insan hüquqlarını kobud şəkildə pozduğunu görməzdən gələn İran tərəfi, Azərbaycan Respublikasının məsələ ilə bağlı etirazına cavab verməyə belə lüzum görməmişdi”,-deyə müəllim qeyd edir.














