Qətər və BƏƏ İranın hücumlarını BMT Təhlükəsizlik Şurasına təqdim edərək, qisas almaq hüququnu özlərində saxladıqlarını bildiriblər.
Gündəm24.az xəbər verir ki, Qətər və Birləşmiş Ərəb Əmirlikləri İranın ərazilərinə endirdiyi zərbələrdən sonra məsələni rəsmən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına çıxarıb. Hər iki ölkə BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək özünümüdafiə və cavab hüquqlarını saxladıqlarını bəyan edib.
Qətərin BMT-dəki daimi nümayəndəsi Əlya Əhməd bin Saif Baş katib Antonio Quterreşə və Şuraya ünvanladığı məktubda hücumları “suverenliyin açıq pozuntusu” və “regional təhlükəsizliyə təhdid” adlandırıb.
BƏƏ isə raket və dron hücumlarının miqyasını detallı şəkildə təqdim edərək, mülki əhali və infrastruktura dəyən ziyanı vurğulayıb və cavab vermək hüququnu açıq şəkildə bəyan edib.
Sədaqət Həsənova













