Xameneinin istənilən varisini məhv edəcəyik.
Gündəm24.az İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Onun sözlərinə görə, İsrail ordusu Xameneinin yerinə təyin ediləcək istənilən İran liderini öldürməyə cəhd göstərəcək.
“İranın terror rejimi tərəfindən İsraili məhv etmək planını davam etdirmək, ABŞ-ni, azad dünyanı və region ölkələrini təhdid etmək, həmçinin İran xalqını sıxışdırmaq məqsədilə təyin olunacaq istənilən lider birmənalı şəkildə məhv edilməli hədəf olacaq”,- deyə Katzın bəyanatında qeyd olunub.
Katzın sözlərinə görə, həmin varisin adının nə olması və harada gizlənməsinin fərqi yoxdur.














