Milli Məclisdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilir.
Gündəm24.az xəbər verir ki, Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə baş tutan ictimai dinləmədə bu istiqamətdə qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılır.
Müzakirələrdə Milli Məclisin deputatları və bu mövzuya aidiyyatı olan şəxslər iştirak edir.














