Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirilir.
Gündəm24.az xəbər verir ki, forumda baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və digər rəsmilər iştirak edirlər.
Tədbirin məqsədi vergi sistemində yeni idarəetmə modellərinin, rəqəmsal həllərin və data əsaslı qərarvermə mexanizmlərinin müzakirəsi, həmçinin vergi qanunvericiliyində aparılan dəyişikliklər və vergi inzibatçılığında müasir yanaşmaların təqdim edilməsidir.
Forum çərçivəsində müxtəlif mövzuda təqdimatlar keçiriləcək.













