İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin İranla bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Von der Leyen çıxışlarının birində “İran xalqı azadlığa, ləyaqətə və öz gələcəyini müəyyən etmək hüququna layiqdir”,- deyə bildirib.
Sfera.az xəbər verir ki, buna cavab olaraq Bəqai sosial şəbəkədə paylaşdığı açıqlamada Aİ rəhbərliyini ikiüzlülükdə ittiham edib.
O bildirib: “Zəhmət olmasa ikiüzlülüyünüzü gizlədin. Siz tarix boyu yanlış tərəfdə dayanmaqla karyera qurmusunuz, işğallara, soyqırımlarına və zülmlərə yaşıl işıq yandırmısınız və indi də ABŞ-ni və İsrailin təcavüz cinayətlərini bəraət qazandırırsınız”.
İran XİN sözçüsü əlavə edib ki, Avropa İttifaqı rəhbərliyi “qanunsuzluq və vəhşilik qarşısında susmaqla” faktiki olaraq bu hadisələrə şərik olur. Tehran rəsmisinin sözlərinə görə, Aİ-nin mövqeyi beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edir.














