Pəmbək kəndi: Göyçənin sinəsində dağlar, bulaqlar və xatirələr arasında qalan qədim yurd
Pəmbək kəndi tarixi Göyçə mahalının Basarkeçər bölgəsinə aid qədim Azərbaycan kəndlərindən biridir. Bu kənd öz təbii gözəlliyi, sərin bulaqları, yaşıl meşələri və dağlarla əhatələnmiş mənzərəsi ilə seçilib.
Kəndin ətrafı barlı-bağatlı meyvə bağları, geniş yaylaqları və uca dağ silsilələri ilə əhatə olunub. Yerli sakinlərin xatirələrinə görə, Pəmbək ilk baxışdan insanlarda dərin iz buraxan, sakit və füsunkar bir yaşayış məskəni olub.
Tarixi rəvayətlərə görə, kəndin sakinləri arasında yaşlı nəsildən olan Şahzadə nənə bildirirdi ki, o, 6 yaşında olarkən əmisi ilə birlikdə kəndə gəlmişdir. Həmin dövrdə Pəmbəkdə təxminən 35–40 ev, 170–200 nəfər əhali yaşayırdı.
Kəndin formalaşma tarixi XVII əsrin sonu – XVIII əsrin əvvəllərinə (təxminən 1680–1715-ci illər) gedib çıxır. İlk sakinlərin bir qisminin keçmiş Qarakilsə (indiki Vanadzor/Kirovakan) yaxınlığındakı Lori-Pəmbək bölgəsindən gəldiyi qeyd olunur.
Zamanla Pəmbək kəndi Göyçə mahalının Basarkeçər bölgəsinin mühüm yaşayış məskənlərindən birinə çevrilib. Burada formalaşan kənd həyatı, təbiət və insanların gündəlik yaşayışı bu ərazini yaddaşlarda xüsusi yerə çevirib.
Bu gün Pəmbək adı Göyçə mahalının tarixi yaddaşında yaşayan, təbiəti və keçmişi ilə xatırlanan qədim Azərbaycan kəndlərindən biri kimi qalır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov













