Prezident İlham Əliyev “Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları”nın və “Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Gündəm24.az fərmanın mətnini təqdim edir:
1. “Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunub).
2. “Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası” təsdiq edilsin (əlavə olunub).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.














