Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda bu qadın dəhşətli müraciət yaydı: niyə? – VİDEO

12/03/2026 15:00
CƏMİYYƏT
833 63
Bakıda bu qadın dəhşətli müraciət yaydı: niyə? – VİDEO
742
Paylaşım sayı
1k
Baxış sayı

Bir xanım videomüraciət yayır, keçmiş həyat yoldaşı tərəfindən ölümlə təhdid edildiyini deyir, ailəsinin, uşağının təhlükədə olduğunu bildirib kömək istəyir.

Bir xanım buna görə tənqid də yox, hətta təhqir olunur. Niyə? Görünüşünə və əvvəlcədən hazırlanmış çıxışı üzündən oxuduğuna görə, yanlış tələffüz etdiyinə görə. Və ən acınacaqlısı, keçmiş yoldaşına haqq verənlər, hətta daha betərini arzulayanlar var. Niyə? Dodağına gel vurub, qaşları düzəldilib deyə…

Sabah bu qadının ölüm xəbəri gəlsə, həmin insanlar sevinəcək. Yenə niyə? Gözlərini zillədikləri belə xanımların sayı azalır. Amma gözlərini zillədikləri… Məsələnin mahiyyəti heç kim üçün önəmli deyil, istənilən zamanlarda qadın bədəni müzakirə obyekti olub.

O xanım yalan desə belə, bu cür sağlam olmayan şərhlər, fikirlər utandırır, üstəlik qorxudur. Türkiyədə qadın ölümləri gündən günə çoxalır. Təkcə 2025-ci il ərzində ən azı 391 qadın kişilər tərəfindən qətlə yetirilib. Həmin qadınların 64 faizindən çoxu özlərini ən təhlükəsiz hiss etməli olduqları yerdə, məhz evlərində öldürülüb. Sosial media platformalarında səhifəni hər yenilədikcə reallıq şillə kimi üzümüzə çırpılır. Söhbət qonşu ölkədən getsə də, oxşar vəziyyət çox da uzaqda deyil. Təəssüf ki, belə hadisələri biz də yaşamağa başlamışıq və ya başlayırıq.

Qeyd etdiyim hekayə nə qədər realdır, arxasında fərqli səbəblər varmı? Sualın cavabı nə məndədir, nə də həmin müraciətdə şərh yazanlarda.

Amma məşhur bir dini rəvayəti xatırlatmaq yerinə düşər:

Zina etməklə günahlandırılan bir qadını tutub meydana gətirirlər. O dövrdə bəzi qanunlara görə belə qadın daşlanaraq öldürülməli idi. İnsanlar qadını İsa peyğəmbərin qarşısına gətirib deyirlər:

– Bu qadın günah işləyib. Qanuna görə onu daşlamalıyıq. Sən nə deyirsən?

İsa əvvəlcə yerə əyilib torpağa nəsə yazır və bir müddət heç nə demir. İnsanlar isə israrla cavab istəyirlər.

Sonra Peyğəmbər ayağa qalxıb deyir:

– Aranızda kim günahsızdırsa, qoy ilk daşı o atsın.

Bu sözləri eşidən insanlar bir-bir susur. Əvvəl yaşlılar, sonra digərləri – hamısı yavaş-yavaş ordan çıxıb gedir. Çünki heç kim özünü tam günahsız hesab etmir.

Axırda meydanda yalnız İsa ilə qadın qalır.

O, qadından soruşur:

– Səni ittiham edənlər hardadır?

Qadın deyir:

– Heç kim qalmadı.

İsa isə cavabında deyir ki:

– Mən də səni qınamıram. Get və bir daha günah etmə.

Kimliyindən, nə iş görməsindən, cinsindən asılı olmayaraq, kiminsə görünüşünə baxıb necə yaşadığını müəyyən etmək olmaz! Kimisə əməlinə görə cəzalandırmaq bizim borcumuz deyil! Bizi cinayət ehtimalı maraqlandırmalıdır, nəinki, qadının həyat tərzi…

Hər kəs öz əməlinə cavabdehdir.\Globalinfo.az

 

Oxşarxəbərlər

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR
CƏMİYYƏT

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
951
Sumqayıt sakinləri nədən narazıdır – PROBLEMLƏR BİTMİR
CƏMİYYƏT

Sumqayıt sakinləri nədən narazıdır – PROBLEMLƏR BİTMİR

24/09/2026 09:34
951
Bakıya girişlə bağlı mühüm YENİLİK – Pulsuz nəqliyyat qərarı…
CƏMİYYƏT

Bakıya girişlə bağlı mühüm YENİLİK – Pulsuz nəqliyyat qərarı…

24/09/2026 08:14
951
8 ildən sonra rahat nəfəs alacaq 3 bürc
Manşet

8 ildən sonra rahat nəfəs alacaq 3 bürc

24/09/2026 00:49
1k
Bu sürücülərdən 30 manat haqq tutulacaq — Qərar
Manşet

Bu sürücülərdən 30 manat haqq tutulacaq — Qərar

24/09/2026 00:30
974
Ukraynanın dronu Azərbaycan əsilli şəxsi öldürdü
Manşet

Ukraynanın dronu Azərbaycan əsilli şəxsi öldürdü

23/09/2026 23:01
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Laçında dağlıq ərazidə yanğın – VİDEO

Laçında dağlıq ərazidə yanğın – VİDEO

24/09/2026 09:47
951
IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
951
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

24/09/2026 09:39
951
“Xakker Tamerlan” həbs edildi

“Xakker Tamerlan” həbs edildi

24/09/2026 09:35
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.