Çərşənbə, İyun 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Maaşlarla bağlı MÜHÜM YENİLİK

17/03/2026 00:25
CƏMİYYƏT
55 1
Maaşlarla bağlı MÜHÜM YENİLİK
71
Baxış sayı

Ştat vahidi yaradılarkən vəzifə maaşı göstərilməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) sistemində yeni funksionallıq tətbiq olunub. Bu yeniliyə görə:

-Müəssisələr sistemdə ştat vahidi yaradarkən həmin vəzifə üçün tarif (vəzifə) maaşını mütləq şəkildə göstərməlidirlər.

Bu isə əmək münasibətlərində maaşların daha şəffaf göstərilməsi və qeydiyyatının dəqiq aparılması məqsədi daşıyır.

Nəzarəti isə Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.

Gündəm24.az  xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayıb.

“Əmək və Məşğulluq” altsistemində (ƏMAS) ştat vahidi yaradılarkən vəzifə maaşının göstərilməsi ilə bağlı yeni tələbin tətbiqində əsas məqsəd nədir?

“Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu və Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə əmək münasibətləri və məşğulluq sahələrində imkanların artırılması məqsədi ilə Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də ştat vahidi anlayışının Əmək Məcəlləsinə gətirilməsidir.

Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci hissəsinə əsasən ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahiddir.

Yeni tələbin əsas məqsədi ştat vahidi yaradılarkən vəzifə (tarif) maaşının sistemdə mütləq şəkildə göstərilməsini təmin etməkdir. Bu yanaşma müəssisələrdə ştat vahidlərinin daha şəffaf və düzgün formalaşdırılmasına, eləcə də əmək münasibətlərinin elektron sistem üzərindən daha səmərəli idarə olunmasına xidmət edir”,-deyə verilən açıqlamada qeyd olunur.

-Bu yenilik işəgötürənlər və işçilər üçün hansı üstünlükləri yaradacaq?

“Yeni funksionallıq ştat vahidlərinin formalaşdırılması prosesində daha şəffaf və aydın mexanizmin tətbiqinə imkan yaradır. Bunun nəticəsində əmək münasibətlərinin elektron mühitdə idarə olunması daha sistemli və səmərəli həyata keçirilir”,- deyə açıqlamada bildirilir.

-Vətəndaşlar öz əmək hüquqlarının qorunduğunu yoxlamaq üçün ƏMAS sistemindən necə istifadə edə bilərlər?

“Vətəndaşlar “e-sosial” portalı vasitəsilə ƏMAS-da mövcud olan şəxsi kabinetlərinə mütəmadi daxil olaraq prosesləri izləyə bilərlər. Belə ki, sistemdə işəgötürən və işçilər arasında rəsmi yazışmaların aparılması funksionallığı mövcuddur. Həmin bölmə vasitəsilə istənilən vaxt işəgötürənə müraciət etmək mümkündür. Eyni zamanda daxil olmuş müraciətləri izləmək imkanı da yaradılmışdır. İşəgötürən tərəfindən verilmiş əmrlərin işçilərin kabinetlərinə inteqrasiyası da təmin edilib”, – deyə rəsmi qurum qeyd edib. /Oxu24.com/

Oxşarxəbərlər

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
CƏMİYYƏT

Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ

17/06/2026 20:06
51
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…
CƏMİYYƏT

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: İyul-avqust aylarında…

17/06/2026 19:41
53
Bakıda yeni bazar fəaliyyətə başladı
CƏMİYYƏT

Bakıda yeni bazar fəaliyyətə başladı

17/06/2026 18:36
55
Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq
CƏMİYYƏT

Toy etmək istəyənlərin diqqətinə — Bu tarixdən bahalaşma olacaq

17/06/2026 18:00
58
AZAL sərnişinlərin daşınması ilə bağlı YENİ MƏLUMAT YAYDI
CƏMİYYƏT

AZAL sərnişinlərin daşınması ilə bağlı YENİ MƏLUMAT YAYDI

17/06/2026 17:28
54
Azərbaycanda məktəblər sürətlə bağlanır – ŞOK SƏBƏB
CƏMİYYƏT

Azərbaycanda məktəblər sürətlə bağlanır – ŞOK SƏBƏB

17/06/2026 17:17
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Finlandiyadan SENSASİON QƏRAR – Nüvə silahı…

Finlandiyadan SENSASİON QƏRAR – Nüvə silahı…

17/06/2026 21:44
53
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: “Nasaz maşını niyə sürürsən axı?!” — VİDEO

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: “Nasaz maşını niyə sürürsən axı?!” — VİDEO

17/06/2026 21:31
52
Rusiyaya DƏHŞƏTLİ zərbə – Bombalandı

Rusiyaya DƏHŞƏTLİ zərbə – Bombalandı

17/06/2026 21:19
52
Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər

Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər

17/06/2026 21:18
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
55

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
54

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.