Kəlbəcər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm24.az-ın məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində üç nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hadisə nəticəsində həlak olan şəxslərin kimliyi müəyyənləşib:
Belə ki, onlar yük avtomobilini idarə edən Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Tural İsmayılov ilə sərnişinlər – 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci il təvəllüdlü Elvin İsmayılovdur.














