“Qarabağ” Çempionlar Liqasında növbəti zəfərini qazanıb.
Ağdam təmsilçisi bu dəfə “Kopenhagen”i məğlubiyyətə uğradıb – 2:0.
Hər oyundan sonra Qurban Qurbanovun komandası daha çox xarici medianın diqqətini cəlb edir.
Bu dəfə önə çıxanları sizin üçün təqdim edirik:
1. BBC – “Qarabağ” “Kopenhagen”i məğlub edərək, Çempionlar Liqasında ardıcıl qələbə qazanan ilk Azərbaycan komandası oldu

2. Məşhur “Eurofoot” şəbəkəsi – Onlar Qurban Qurbanovun 2008-ci ildən “Qarabağ”da işləməyini önə çıxarıb: “İlk dəfə 2017-ci ildə Çempionlar Liqasında iştirak edən komanda bu mövsümə 2 oyunda 2 qələbə ilə başlayıb”.

3. “Bleacher Report” nəşri də “Qarabağ”dan yazıb: “Qarabağ” Çempionlar Liqasına 2-də 2 ilə başladı”

4. CNA (ChannelNewsAsia) – “Qarabağ” əla startını davam etdirib

5. THESTRAITSTIMES – “Qarabağ” “Kopenhagen”i məğlub etdi
.jpg?1759385266427)
6. “433” portalı da həmişə olduğu kimi “Qarabağ”ı unutmayıb – “Artıq onların 6 xalı var”

Ruslar da “Qarabağ”dan yazıb.
“Sports.ru” – “Lissabondakı geridönüşdən sonra bu dəfə də “Kopenhagen” məğlub edildi. “Qarabağ” turnir cədvəlində 4-cü yerdədir”

“Çempionat.com” – “Qarabağ” Çempionlar Liqasında tarix yazmağa davam edir”

Ən çox isə həmişəki kimi türklər bizdən yazıb:

.jpg?1759385804038)

.jpg?1759385771461)















