Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“6 apreldən sonra müharibə genişlənəcək” – ABŞ-İran qarşıdurması yeni mərhələyə keçir

31/03/2026 15:00
Dünya
799 51
“6 apreldən sonra müharibə genişlənəcək” – ABŞ-İran qarşıdurması yeni mərhələyə keçir
703
Paylaşım sayı
977
Baxış sayı
BŞ-ın İranla bağlı planında kritik tarix yaxınlaşır. 6 aprelə qədər razılaşma əldə olunmasa, regionda hərbi eskalasiyanın yeni mərhələyə keçəcəyi gözlənilir.
Bakupost.az xəbər verir ki, ABŞ administrasiyası İranla 6 aprel tarixinədək razılıq əldə etməyi planlaşdırır. Bu məqsədlə Vaşinqtonun İranın enerji infrastrukturuna zərbələri müvəqqəti dayandırdığı bildirilir.
Lakin əsas sual bundan sonra nə baş verəcəyidir. Razılaşma əldə olunmazsa, proses hansı istiqamətdə inkişaf edəcək?
Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirib ki, danışıqların nəticəsiz qalacağı ehtimalı daha yüksəkdir və bu halda müharibə yeni mərhələyə keçəcək:
“6 aprelə qədər razılaşma əldə olunmasa, qarşıdurmanın əsas mərkəzi Hörmüz boğazı və Fars körfəzi istiqamətində olacaq. Burada məqsəd strateji nəzarəti ələ keçirməkdir”.
Ekspertin sözlərinə görə, ABŞ daxilində də müharibəyə qarşı ciddi narazılıq var:
“Son sorğular göstərir ki, ABŞ əhalisinin təxminən 65 faizi bu müharibəyə qarşıdır. Bir çox ştatlarda müharibə əleyhinə etiraz aksiyaları keçirilib”.
Ü.Şəfiyev hesab edir ki, proseslərin taleyi danışıqlar masasından çox, döyüş meydanında müəyyənləşəcək:
“Geosiyasətdə iki əsas model var – tellurokratik (quru gücü) və talassokratik (dəniz gücü). Müharibələr əsasən logistika xətləri, nəqliyyat dəhlizləri və strateji su hövzələri uğrunda gedir. Tarixən Rusiya quru gücünü, ABŞ isə dəniz gücünü artırmağa çalışıb. Bu baxımdan, razılaşma baş tutmasa, mübarizə Hörmüz boğazına nəzarət uğrunda daha da kəskinləşəcək”.
Ekspert əlavə edib ki, Rusiya və Çin də bu münaqişənin uzanmasında maraqlı tərəflər kimi çıxış edə bilər:
“Qərb Rusiyanı Ukraynada zəiflətmək istəyirsə, Moskva və Pekin də ABŞ-ın İran bataqlığında ilişib qalmasında maraqlıdır. Bu isə müharibənin genişlənməsi ehtimalını artırır”.
Onun fikrincə, quru qoşunlarının bölgəyə yeridilməsi ABŞ üçün əlavə risklər yarada bilər:
“Vaşinqton İran daxilində sosial və siyasi prosesləri stimullaşdırmaq yolu ilə nəticə əldə etməyə çalışmalı idi. Birbaşa hərbi müdaxilə ABŞ-ı daha da zəiflədə bilər”.

Oxşarxəbərlər

İranda hicab qadağası ləğv edildi? – Tehrandan gözlənilməz xəbərlər gəlir
Dünya

İranda hicab qadağası ləğv edildi? – Tehrandan gözlənilməz xəbərlər gəlir

22/09/2026 17:13
967
İrəvanda hökumət binasında Azərbaycan bayrağı? – FOTO
Dünya

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? – FOTO

22/09/2026 14:00
956
ABŞ İrana qarşı sərt addım atır: Bütün aviaşirkətlər bağlanır
Dünya

ABŞ İrana qarşı sərt addım atır: Bütün aviaşirkətlər bağlanır

22/09/2026 13:31
954
Gözlənilən səfər BAŞ TUTDU – Pezeşkian ABŞ-a YOLA DÜŞDÜ
Dünya

Gözlənilən səfər BAŞ TUTDU – Pezeşkian ABŞ-a YOLA DÜŞDÜ

22/09/2026 12:21
976
Paşinyan Nyu-Yorka getdi
Dünya

Paşinyan Nyu-Yorka getdi

22/09/2026 12:17
957
Məktəbdə şagirdləri buna görə GÜLLƏLƏDİ – Dəhşətli hadisənin PƏRDƏARXASI
Dünya

Məktəbdə şagirdləri buna görə GÜLLƏLƏDİ – Dəhşətli hadisənin PƏRDƏARXASI

22/09/2026 12:13
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB

Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB

22/09/2026 18:28
967
Cəlilabadda bədbəxt hadisə baş verib

Cəlilabadda bədbəxt hadisə baş verib

22/09/2026 18:11
953
Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO

Emin Əmrullayev “Gələcəyi Birlikdə Qurmaq naminə Tərəfdaşlıq” tədbirində iştirak edib – FOTO

22/09/2026 18:05
951
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

22/09/2026 17:43
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
965

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In