Manisanın Turqutlu rayonunda İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin qarşısında 8 şagirdin yaralanması ilə nəticələnən silahlı hücumun səbəbi bəlli olub.
Gündəm24.az xəbər verir ki, hadisənin şagirdlər arasında yaranan ədavət zəminində baş verdiyi ortaya çıxıb.
Məlumata görə, məktəbin 9-cu sinif şagirdi, 2011-ci il təvəllüdlü H.O. özü ilə gətirdiyi ov tüfəngindən davası olduğu məktəb yoldaşlarına atəş açıb.
Şübhəlinin bu əməli hadisədən bir gün əvvəl “qız məsələsi” üstündə mübahisə etdiyi dostlarını hədəf alaraq törətdiyi müəyyən edilib.
Hücum nəticəsində yaralanan 8 şagird əraziyə cəlb olunan tibb heyəti tərəfindən xəstəxanaya çatdırılıb.
Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Atəş səslərini eşidən çoxlu sayda valideyn təşviş içində məktəbin ətrafına toplanıb.
Aparılan ilk araşdırmalara əsasən, hadisənin hər hansı terror təşkilatı ilə əlaqəsinin olmadığı bildirilib. Şübhəli H.O.-nun hücumdan əvvəl tüfəngə patron doldurduğu anlara aid görüntülər də sosial şəbəkələrdə yayılıb.
Təhlükəsizlik qüvvələri faktla bağlı genişmiqyaslı araşdırmanı davam etdirir.//musavat.com














