İran ABŞ-ın bu qanunsuz və cinayətkar hərəkətinin ciddi nəticələri barədə xəbərdarlıq edib.
Gündəm24.az xəbər verir ki, İranın Fars News Agency agentliyinin yaydığı məlumata görə, Tehran ABŞ-ın İran konteyner gəmisini ələ keçirməsini “dəniz piratçılığı və terror aktı” kimi qiymətləndirib. İran Xarici İşlər Nazirliyi Vaşinqtonu gəmini, heyəti və onların ailələrini dərhal azad etməyə çağıraraq, bu addımın ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Rəsmi açıqlamada qeyd olunur ki, sərnişinlərin və ekipaj üzvlərinin qorxudulması beynəlxalq hüququn pozulmasıdır və İran milli maraqlarını qorumaq üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Tehran həmçinin bölgədə gərginliyin artmasına görə məsuliyyətin ABŞ-ın üzərinə düşdüyünü vurğulayıb.
United States Central Command (CENTCOM) isə bildirib ki, gəmi Oman körfəzində ABŞ tələblərinə tabe olmadıqdan sonra saxlanılıb. Məlumata görə, ABŞ esminesi gəminin mühərrik hissəsinə zərər vurub və United States Marine Corps qüvvələri gəmiyə daxil olaraq nəzarəti ələ keçirib.
Sədaqət Həsənova














