Cümə axşamı, İyul 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

SEPAH ballistik raketləri Türkiyə və Pakistana ata bilər – SENSASİYA

21/04/2026 11:14
Dünya
53 3
SEPAH ballistik raketləri Türkiyə və Pakistana ata bilər – SENSASİYA
71
Baxış sayı

ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı Vaşinqton və Tehranın yeni, daha effektiv bir saziş üzərində işlədiyini bəyan etməsi dünya gündəmində geniş əks-səda doğurub. Trampın fikrincə, 2015-ci ildə Barak Obama tərəfindən imzalanmış Sərt Birgə Fəaliyyət Planı (SVFP) tarixin ən pis sövdələşmələrindən biri olub və Amerikanın təhlükəsizliyini riskə atıb.

O, yeni hazırlanacaq sənədin təkcə İsrail və Yaxın Şərq üçün deyil, həm də Avropa və ABŞ üçün sülh, təhlükəsizlik və sabitlik zəmanəti olacağını iddia edir. Lakin Trampın bu nikbinliyi fonunda İranın paytaxtında tamamilə fərqli və qaranlıq bir mənzərə hökm sürür.

NOCOMMENT.az xəbər verir ki, Tehranda diplomatik masadan çox müharibənin ayaq səsləri eşidilir. Gecələr paytaxt küçələrində bayraqlarla bəzədilmiş zirehli maşınlar hərəkət edir, “Bəsic” qüvvələrinin silahlı qadınları “Biz Amerikanı məğlub etdik!” şüarları səsləndirirlər. Şəhərin mərkəzi meydanlarında xor kollektivləri “İsrailə ölüm!” mahnıları ifa edir, küçələrdə isə 1945-ci ilin nasist Almaniyasını xatırladan təbliğat posterləri – Adolf Hitlerin fotoları və ondan sitatlar paylanılır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Elçin Xalidbəyli İranın hazırkı ritorikasını “total müharibəyə hazırlıq” kimi qiymətləndirir. Onun fikrincə, Əli Xameneyinin yoxluğundan sonra İran elitasında dərin bir çat yaranıb. Hazırda ölkədə hakimiyyəti konsolidasiya edəcək vahid qüvvə yoxdur, bu isə “praqmatiklər” və “fundamentalistlər” arasında kəskin mübarizəyə yol açıb: “Parlament spikeri Məhəmməd-Baqer Qalibaf, Prezident Məsud Pezeşkian və məhkəmə hakimiyyətinin rəhbəri Möhsüni-Ecei kimi şəxslərdən ibarət “praqmatiklər” düşərgəsi ölkənin sosial-iqtisadi bataqlıqdan çıxması üçün ABŞ ilə razılaşmanın zəruriliyini dərk edir. Lakin SEPAH rəhbərliyi və dini fanatiklər hər hansı bir kompromisi “Böyük Şeytan”a təslim olmaq kimi görür və sülh cəhdlərini sabotaj edirlər. Faktiki olaraq ölkə iqtisadiyyatını və hərbi gücünü əlində saxlayan SEPAH-ın razılığı olmadan hər hansı bir sənədin imzalanması qeyri-mümkün görünür”.

Ekspert qeyd edib ki, SEPAH generalları xalqın çəkdiyi əzabları deyil, yalnız ideoloji hədəflərini və “qiyamət günü” ssenarilərini düşünürlər. 90 milyonluq əhalinin yalnız 20 faizinin rejim tərəfindən maliyyələşdiyini, qalan 72 milyon insanın isə yoxsulluq içində boğulduğunu nəzərə alsaq, rejimin daxili dayağının nə qədər zəif olduğu aydınlaşır: “Vəziyyət o qədər gərgindir ki, SEPAH rəhbərliyi hakimiyyəti itirmək təhlükəsi hiss edərsə, təkcə ABŞ və İsraili deyil, bütün bölgəni oduna qalılamağa hazırdır. Hörmüz boğazının bağlanması və neft gəlirlərinin 90 faiz itirilməsi rejimi çıxılmaz vəziyyətə salıb. Əgər rejim devrilmə həddinə çatarsa, SEPAH ballistik raketlərlə Türkiyə və Pakistan kimi qonşu ölkələrə də zərbə endirməkdən çəkinməyəcək. İrandakı radikal qanadın şüurunda “ölmək və cənnətə getmək” anlayışı milli dövlət maraqlarından üstün olduğu üçün, onlar ölkəni və bölgəni bilərəkdən böyük bir müharibəyə sürükləyirlər”.

Oxşarxəbərlər

Azərbaycandan Rusiyaya gedənlərə xəbərdarlıq ediləcək – VACİB ÇAĞIRIŞ
Dünya

Azərbaycandan Rusiyaya gedənlərə xəbərdarlıq ediləcək – VACİB ÇAĞIRIŞ

23/07/2026 16:14
51
Qara dənizdə SON DURUM – Türkiyə bu addımı atacaq
Dünya

Qara dənizdə SON DURUM – Türkiyə bu addımı atacaq

23/07/2026 15:46
52
Rusiyada dəhşət: Təyyarə qəzaya uğradı
Dünya

Rusiyada dəhşət: Təyyarə qəzaya uğradı

23/07/2026 14:40
56
Bu ölkədə matəm ELAN OLUNDU
Dünya

Bu ölkədə matəm ELAN OLUNDU

23/07/2026 10:45
54
Türkiyədə həyat İFLİC OLDU
Dünya

Türkiyədə həyat İFLİC OLDU

23/07/2026 09:20
55
Daha bir ölkəyə hücum planlaşdırır
Dünya

Daha bir ölkəyə hücum planlaşdırır

23/07/2026 08:18
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək

Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək

23/07/2026 17:17
51
Tələbələrə şad xəbər: Təqaüdlərin artırılması ilə bağlı YENİ TƏKLİF

Tələbələrə şad xəbər: Təqaüdlərin artırılması ilə bağlı YENİ TƏKLİF

23/07/2026 17:14
51
Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ

Azərbaycanda bu universitetə magistr qəbulu LƏĞV EDİLDİ

23/07/2026 17:03
51
Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var

Binada yaşayanların NƏZƏRİNƏ: 300 manat cəriməsi var

23/07/2026 16:53
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi

Qərbi Azərbaycanın tarixi irsi – Zal xan məscidi

22/07/2026 10:17
57

Çatlamış yumurta yox, çatlamış məsuliyyət – bu səhlənkarlıq insanların süfrəsinə qədər gedib çıxır!

Çatlamış yumurta yox, çatlamış məsuliyyət – bu səhlənkarlıq insanların süfrəsinə qədər gedib çıxır!

21/07/2026 18:04
74

Qərbi Azərbaycanın ən möhtəşəm qalalarından biri – Alagöz qalası

Qərbi Azərbaycanın ən möhtəşəm qalalarından biri – Alagöz qalası

21/07/2026 11:07
63

Mığrı qalası – Zəngəzurun sıldırım qayaları üzərində ucalan istehkam

Mığrı qalası – Zəngəzurun sıldırım qayaları üzərində ucalan istehkam

20/07/2026 11:02
73

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.