Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva tikinti şirkəti tərəfindən aldadıldığını iddia edir.
Gündəm24.az xəbər verir ki, Gülçöhrə Abdullayeva deyir ki, sosial şəbəkədə gördüyü elan onun diqqətini çəkib və bu səbəbdən ”Günəşli İnşaat” şirkətinin Hövsan qəsəbəsində yerləşən ofisinə üz tutub.
Aktrisanın iddiasına görə, şirkətin rəhbəri Firutan Məmmədovla görüşüb və 27 min 600 manata başa gələcək ev üçün, 2020-ci ildə ilkin ödəniş edərək müqavilə bağlayıb. Qalan məbləği isə aylığa bölüblər ki, bu da 36 ayda ödəniləcəkdi.
Aktrisa bildirir ki, şirkətə hər ay gücü çatan qədər ödəniş edib. Bir müddət sonra ona bildirilib ki, pandemiya olduğundan tikinti dayandırılıb. Amma buna baxmayaraq Gülçöhrə Abdullayeva aylıq ödənişi davam etdirdiyini deyir.
Məsələyə münasibət öyrənmək üçün adı çəkilən şirkətin rəhbəri ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Firutan Məmmədov bildirdi ki, qadın aylıq ödənişi dayandırdığı üçün tikinti yarımçıq qalıb. ”Ödənişləri bərpa etsin, evi tamamlayaq və təhvil veriləcək”,- deyə-Firutan Məmmədov bildirdi./Ajans.az
Ətraflı Xəzər TV-nin Süjetində:














