Cümə, May 1, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yeni paytaxt hansı şəhər ola bilər? — Siyahıda 4 namizəd var

01/05/2026 18:20
Gündəm
42 2
Yeni paytaxt hansı şəhər ola bilər? — Siyahıda 4 namizəd var
56
Baxış sayı

Paytaxtın köçürülməsi məsələsi yenidən ictimai müzakirələrin diqqət mərkəzinə çevrilib. Xüsusilə media və ekspert dairələrində bu mövzu ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir. Dünyada bəzi ölkələrin paytaxtlarını dəyişməsi bu məsələyə marağı daha da artırır. Bununla yanaşı, belə qərarın ciddi siyasi, iqtisadi və infrastruktur əsasları olmalıdır. Məhz bu səbəbdən paytaxtın köçürülməsi məsələsi hərtərəfli və peşəkar şəkildə dəyərləndirilməlidir.

Məsələ ilə bağlı deputat Azər Allahverənov Demokrat.az-a bildirib ki, paytaxtın köçürülməsi ilə bağlı məsələlər vaxtaşırı gündəmə gəlir və xüsusilə son bir il ərzində bu mövzu bir neçə dəfə qaldırılıb:

“Təbii ki, bu prosesin zəruri olmasını şərtləndirən müəyyən amillər mövcuddur. Məsələn, digər dövlətlərin təcrübəsinə baxdıqda belə yanaşmaların zaman-zaman tətbiq edildiyini görürük. Qazaxıstan nümunəsində paytaxtın Astana şəhərinə köçürülməsi və həmin şəhərin demək olar ki, sıfırdan qurulması bu zərurətdən irəli gəlirdi.

Azərbaycanın paytaxtı ilə bağlı məsələyə gəldikdə isə, burada müxtəlif müstəvilərdə zərurət məsələsi qiymətləndirilməlidir. Bu zərurət institusional, siyasi, hüquqi, iqtisadi və digər sahələr üzrə əsaslandırılmalıdır. Aidiyyəti qurumlar bu istiqamətdə rəy verməli, məsələ geniş müzakirə olunduqdan sonra gündəmə çıxarılmalıdır.

Belə genişmiqyaslı işlərin həyata keçirilməsi üçün mövzunun yalnız kütləvi informasiya vasitələrində müzakirəyə çıxarılması kifayət deyil. Digər vacib məsələlər də nəzərdən keçirilməlidir. Eyni zamanda, paytaxt statusuna uyğun tələblər mövcuddur və bu tələblərin hansı şəhərlər tərəfindən təmin edilə biləcəyinə dair konkret nəticə hələ ki, ortada yoxdur”.

Deputat deyib ki, məsələn, Gəncə, Yevlax, Xankəndi və Qəbələ kimi şəhərlərin ayrı-ayrı xüsusiyyətləri müəyyən tələblərə cavab verə bilər:

“Lakin paytaxt statusu yalnız ayrı-ayrı üstünlüklərlə deyil, bütün tələblərin kompleks şəkildə təmin olunması ilə müəyyən edilir. Hazırda müxtəlif şəhərlərdə bu və ya digər aspektlər mövcuddur. Amma ümumiləşdirilmiş şəkildə hansısa bir şəhərin bu tələbləri daha geniş şəkildə qarşıladığını demək çətindir. Buna görə də konkret fikir bildirmək üçün əsaslar yetərli deyil.

Hər halda, bu məsələ mediada gündəmə gətirilirsə, infrastruktur, urbanistika, şəhərsalma konsepsiyaları və beynəlxalq təcrübə mütləq şəkildə nəzərə alınmalıdır. Yalnız bu amillər əsasında vahid mövqe formalaşdıqdan sonra praktiki addımların atılması mümkün ola bilər.

Nəticə etibarilə, paytaxtın köçürülməsi məsələsi təkcə mediada yayılan məlumatlara əsasən deyil, bu sahə üzrə ixtisaslaşmış qurumlar və hökumət tərəfindən hərtərəfli şəkildə qiymətləndirilməlidir. Zərurət dərəcəsi müəyyən olunmalı, ehtiyaclar və tələblər dəqiq analiz edilməli, daha sonra ictimai rəy öyrənilməlidir. Yalnız bundan sonra bu istiqamətdə siyasi qərarın qəbul edilməsi mümkündür. Hazırda isə bu məsələ əsasən media müzakirəsi səviyyəsində qalır və ixtisaslaşmış qurumların gündəliyində geniş şəkildə yer aldığına dair konkret məlumat yoxdur”, – deyə o qeyd edib.

Oxşarxəbərlər

Zəhərlənən şagirdlərin valideynləri MƏKTƏBƏ BURAXILMADI
Gündəm

Zəhərlənən şagirdlərin valideynləri MƏKTƏBƏ BURAXILMADI

01/05/2026 21:43
51
Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı – FOTO
Gündəm

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı – FOTO

01/05/2026 20:12
61
Prezidentin gəlini sərgidən paylaşım etdi -FOTOLAR
Gündəm

Prezidentin gəlini sərgidən paylaşım etdi -FOTOLAR

01/05/2026 19:37
53
Vüqar Hüseynov vəzifəsindən azad edildi, yerinə təyinat oldu – FOTO
Gündəm

Vüqar Hüseynov vəzifəsindən azad edildi, yerinə təyinat oldu – FOTO

01/05/2026 19:27
56
Xəstələrin qaçması ilə bağlı yayılan məlumatlarla bağlı – RƏSMİ AÇIQLAMA
Gündəm

Xəstələrin qaçması ilə bağlı yayılan məlumatlarla bağlı – RƏSMİ AÇIQLAMA

01/05/2026 15:53
55
Səhiyyə naziri iki yüksək vəzifəli şəxsi işdən çıxardı
Gündəm

Səhiyyə naziri iki yüksək vəzifəli şəxsi işdən çıxardı

01/05/2026 15:35
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zəhərlənən şagirdlərin valideynləri MƏKTƏBƏ BURAXILMADI

Zəhərlənən şagirdlərin valideynləri MƏKTƏBƏ BURAXILMADI

01/05/2026 21:43
51
İsrail bu ölkəni vurdu: Ölənlərin sayı 2600-ü keçdi

İsrail bu ölkəni vurdu: Ölənlərin sayı 2600-ü keçdi

01/05/2026 21:26
50
“Qarabağ”da barışıq: Qurbanov Elvini geri qaytardı – Gözlənilməz ZƏNG

“Qarabağ”da barışıq: Qurbanov Elvini geri qaytardı – Gözlənilməz ZƏNG

01/05/2026 21:21
50
Bakıda yaşayanlara XƏBƏRDARLIQ! Mayın 4-dək…

Bakıda yaşayanlara XƏBƏRDARLIQ! Mayın 4-dək…

01/05/2026 21:10
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

ABŞ müharibədə uduzub? – İran səfirindən sensasion iddia

30/04/2026 08:33
58

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

SON DƏQİQƏ: İsraildə gərginlik artır – ordu Netanyahunun qərarlarına qəzəbli

27/04/2026 09:37
62

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

TƏCİLİ: İran Hörmüz boğazı ilə bağlı ABŞ-a kritik təklif verdi!

27/04/2026 08:38
65

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

TƏCİLİ: ABŞ narkotik gəmisini vurdu – ölənlər var!

27/04/2026 08:17
67

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In