Altıgünlük iş həftəsi, iş saatları saat 17:00-dan 21:00-dək, aylıq əməkhaqqı isə cəmi 200 manat…
Gündəm24.az xəbər verir ki, yarımştat iş qrafiki xüsusilə tələbələr və əlavə gəlir əldə etmək istəyənlər üçün əsas seçimlərdən biridir. Lakin paylaşılan vakansiyalara nəzər saldıqda görürük ki, natamam iş günü üçün çox vaxt minimum əməkhaqqının yarısından da az maaş təklif olunur.
Bir sözlə, təklif edilən əməkhaqqı heç də həmişə iş axtaranların gözləntilərinə uyğun olmur.














