Bazar ertəsi, May 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Baş memara HÖKM OXUNDU

03/05/2026 10:47
Gündəm
41 2
Baş memara HÖKM OXUNDU
55
Baxış sayı

Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin sabiq müdiri – baş memar Toğrul Şadlinskiyə hökm oxunub.

Gündəm24.az  bildirir ki, 1987-ci il təvəllüdlü Toğrul Şadlinskiyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi açılıb.

Məlum olub ki, Toğrul Şadlinski Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin əmri ilə aparıcı məsləhətçi vəzifəsindən azad olunaraq, 2023-cü ilə qədər Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işlədiyi dövrdə bir sıra qanun pozuntularına yol verib. Belə ki, o, vəzifədə olduğu müddətdə İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağında R.O. adlı şəxsi Bərdədə DOST Mərkəzinə işə düzəldəcəyini vəd edərək 10 000 manat pul alıb və dələduzluq edib.

Bundan başqa, Toğrul Şadlinski öz qulluq mövqeyindən təkrar istifadə edərək sahibkar Cavid Şükürova məxsus Əliyanlı kəndində yerləşən 0,15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişdirərək qeyri-yaşayış sahəsi kimi çıxarış alınmasına köməklik göstərəcəyini bildirib və bu yolla 12 500 manat pul ələ keçirib.

Məhkəmədə ifadə verən Toğrul Şadlinski əməlindən peşman olduğunu bildirib. O, hazırda Şamaxıda fəaliyyət göstərən şirkətlərdən birinin filialında sahə mühəndisi işlədiyini və aylıq 2500 manat əmək haqqı aldığını deyib. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlərə dəymiş ziyanı hər ay hissə-hissə ödədiyini qeyd edib və bir daha qanunsuz əməl törətməyəcəyinə söz verib. O, məhkəmədən ona qarşı rəhmli olunmasını xahiş edib.

Məhkəmənin hökmü ilə Toğrul Şadlinskiyə 1 il 6 ay müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Cəza müddətindən onun 2 gün həbsdə saxlanıldığı vaxt çıxılıb.

Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə bir sıra məhdudiyyətlər qoyulub: hər gün saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsi daşımaq və onun işlək vəziyyətdə saxlanılmasını təmin etmək, Bərdə rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək, iş yerini dəyişdiyi halda nəzarət orqanını əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək.

Qeyd edək ki, iki il əvvəl Toğrul Şadlinskinin yaxın qohumu, Bərdə Məşğulluq Mərkəzinin sabiq direktoru Bilman Şadlinski barəsində də Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi açılmış və hökm çıxarılmışdı.

Həmçinin onun qohumlarından Fəxrəddin Şadlinski Bərdə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, Fəqət Şadlinski isə YAP Bərdə rayon təşkilatının sədridir. Digər yaxınları da rayonda müxtəlif vəzifələrdə çalışıblar./Bizimesr.az

Oxşarxəbərlər

TƏCİLİ! ABŞ-dən Azərbaycanla bağlı XƏBƏRDARLIQ – Nə baş verir?
Gündəm

TƏCİLİ! ABŞ-dən Azərbaycanla bağlı XƏBƏRDARLIQ – Nə baş verir?

04/05/2026 11:47
55
SON DƏQİQƏ: Azərbaycan Ermənistana RAZILIQ VERDİ – Qatarlar Biləcəridən yola düşdü
Gündəm

SON DƏQİQƏ: Azərbaycan Ermənistana RAZILIQ VERDİ – Qatarlar Biləcəridən yola düşdü

04/05/2026 10:07
55
Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu – FOTO
Gündəm

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu – FOTO

02/05/2026 21:08
58
Rektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi
Gündəm

Rektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi

02/05/2026 14:30
53
Məşhur generala professor adı verildi
Gündəm

Məşhur generala professor adı verildi

02/05/2026 10:12
64
Zəhərlənən şagirdlərin valideynləri MƏKTƏBƏ BURAXILMADI
Gündəm

Zəhərlənən şagirdlərin valideynləri MƏKTƏBƏ BURAXILMADI

01/05/2026 21:43
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Atlantikdə lüks gəmi kabusa çevrildi: Ölənlər var, səbəb bilinmir

Atlantikdə lüks gəmi kabusa çevrildi: Ölənlər var, səbəb bilinmir

04/05/2026 15:21
65
ABŞ ilə İran yenidən savaşa başlayır: İrəvandakı tədbirdən dərhal sonra

ABŞ ilə İran yenidən savaşa başlayır: İrəvandakı tədbirdən dərhal sonra

04/05/2026 15:12
61
KFC müştərilərə qanlı toyuq satır? – ŞİKAYƏT + VİDEO

KFC müştərilərə qanlı toyuq satır? – ŞİKAYƏT + VİDEO

04/05/2026 15:03
69
Dövlət katibi toyda DJ-lik etdi – VİDEO

Dövlət katibi toyda DJ-lik etdi – VİDEO

04/05/2026 14:54
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Regional gərginlik pik həddə: İran dəniz nəqliyyatına sərt mesaj verdi

Regional gərginlik pik həddə: İran dəniz nəqliyyatına sərt mesaj verdi

04/05/2026 10:56
58

Dəniz əməliyyatı şok yarattı: İran bayraqlı gəmi ABŞ tərəfindən saxlanıldı

Dəniz əməliyyatı şok yarattı: İran bayraqlı gəmi ABŞ tərəfindən saxlanıldı

04/05/2026 09:42
56

Şou faciəyə çevrildi: Biri uşaq olmaqla 3 nəfər həyatını itirdi

Şou faciəyə çevrildi: Biri uşaq olmaqla 3 nəfər həyatını itirdi

04/05/2026 07:26
57

Moskva yenə hədəfdə: Daha iki dron məhv edildi

Moskva yenə hədəfdə: Daha iki dron məhv edildi

04/05/2026 06:33
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.