Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhərinin Əl-Məhtab bölgəsində gərginlik artıb. İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) ərazidəki məscidlərdən birinin minarəsini hədəf alaraq zərbə endirib.
NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində minarəyə ciddi ziyan dəyib. Bölgədə hərbi hərəkətliliyin artdığı və zərbənin fəsadları ilə bağlı araşdırmaların davam etdiyi bildirilir. Hücumun baş verdiyi ərazi sakinlər arasında narahatlığa səbəb olub.














