Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib.
Gündəm24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 19-u və 20-də Moskvada havanın temperaturu 30 dərəcəyə çata bilər.
Nazirlik paytaxt sakinlərini və şəhərin qonaqlarını kölgədə qalmağa, təbii parçalardan hazırlanmış geyimlər və baş örtüklərindən istifadə etməyə və bol maye qəbul etməyə çağırıb./axar.az














