Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda gözlənilən yenilik: Minimum maaş 700 manat

16/05/2026 11:00
CƏMİYYƏT
827 17
Azərbaycanda gözlənilən yenilik: Minimum maaş 700 manat
698
Paylaşım sayı
970
Baxış sayı

Xəbər verildiyi kimi, mayın 12-də Azərbaycanda hökumət, biznes və zəhmətkeşlər arasında ənənəvi illik saziş imzalanıb.

Gündəm24.az xəbər verir ki, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında 2026-2028-ci illar üzrə, yəni 3 illik müddətə Baş Kollektiv Saziş imzalanıb.

Qeyd edək ki, sözügedən saziş ənənəvidir, adı çəkilən qurumlar belə sazişləri hər 3 ildən bir imzalayır və bu daha çox simvolik sənəd olmaqla daha çox tərəflərin niyyətlərini göstərir. Təsadüfi deyil ki, bundan əvvəlki baş sazişlərdə də göstərilən tədbirlərin əksəriyyəti həllini tapmayıb və ya yarımçıq yerinə yetirilib.

Sadəcə son illər iqtisadi canlanmanın aktivlənməsi, dövlətin qeyri-neft sektorunu inkişaf etdirməsi və biznesə dəstək üzrə addımları indiki sənədə daha ciddi yanaşılacağı ilə bağlı ümidlər yaradır.

FED.az biznes və maliyyə xəbərləri portalı bunu nəzərə alaraq sənəddəki bəzi maraqlı məqamları oxucular, xüsusilə də kiçik və orta biznes nümaynədələriüçün ayraca izah edəcək.

Hələliksə, Baş Kollektiv Sazişdə qeyd edilən tədbirlərdən biri barədə daha geniş məlumatı təqdim edirik. Sənəddə əmək haqqının artımı, daha dəqiqi əmək haqqının hesablanması ilə bağlı yeni mexanizmlərin yaradılması nəzərdə tutulur. Belə ki, «Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi» adlanan hisəsində göstərilir ki, tərəflər minimum saatlıq əmək haqqı tətbiq edilməsinə nail olmaq niyyətindədirlər. Eləcə də, eləcə də minimum əmək haqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əmək haqqının ölkə üzrə orta əmək haqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması istiqamətində səylər göstərmək nəzərdə tutulur.

Başqa sözlə, sənədə əsasən minimum əmək haqqının Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması üçün səylər göstəriləcək.

Bəs Avropa Sosiao Xartiyasında minimum əmək haqqı ilə bağlı hansı tələb var?

FED.az xatırladır ki, Avropa Sosial Xartiyası işçilərin ədalətli əməkhaqqı hüququnu təmin etmək üçün konkret iqtisadi meyarlar müəyyən edir. Bu sənəd Avropa Şurası tərəfindən qəbul edilib və dövlətlərin üzərinə sosial öhdəliklər qoyur. Xartiyanın “Ədalətli mükafatlandırma hüququ” hissəsində göstərilir ki, əsas tələb 60% qaydasıdır. Yəni tələbə əsasən ölkədə minimum əsək haqqı orta aylıq əmək haqqının 60%-nə çatdırılmalıdır. Başqa sözlə, hər il orta əmək haqqıartdıqca, minimum əmək haqqı da artmalı və bu paritet qorunmalıdır. Özü də burada söhbət netto məbləğdən, yəni əmək haqqının xalis məbləğindən gedir.

Doğrudur, Xartiyaya əsasən, bəzi hallarda, yəni sosial müavinətlərin güclü olduğu, verginin isə aşağı olduğu ölkələrdə bu nisbət 50% ola bilər, amma bundan az olmamalıdır.

Bu qaydanın tətbiqi Azərbaycan üçün nə deməkdir?

Məlum olduğu kimi, hazırda Azərbaycanda minimum əsək haqqı 400 manat, orta aylıq əmək haqqı isə 1151 manat (aprel 2026-ya olan vəziyyət) təşkil edir. Əgər orta aylıq əmək haqqının bu səviyyəsinə Avropa Sosial Xartiyası tətbiq edilsə, ölkədə minimum əmək haqqı 1151 manatın 60%-i həcmində, yəni 691 manat olmalıdır. Bu indiki səviyyədən 291 manat və ya 73% artıqdır.

Dövlət qurumlarının və sahəvi rəsmi şəxslərin tez-tez səsləndirdiyi rəqəmə istinad etsək, hazırda ölkədə minimum əmsək haqqının artımı birbaşa olaraq 700 min nəfərə şamil edilə bilər. Bundan başqa, xüsusilə bölgələrdə işləyənlərin böyük hissəsi minimum əmək haqqına yaxın məbləğdə maaş alır.

Bu mənada minimum əmək haqqını artması milyona yaxın dövlət və özəl sektorda çalışan insanın maaşının artmasına səbəb ola bilər. Təqribi hesablamalara baxsaq, bu aylıq maaş fondunun 200 milyon manat, illik isə təqribən 2,5 milyard manat böyüməsi deməkdir. Bu indikindən azı 10% artıqdır, və həmin səviyyəyə çatmaq böyük vəsait tələb edir.

Məhz buna görə də, Baş Kollektiv sazişdə minimum əmək haqqının Avropa xartiyasının tələblərinə “uyğunlaşdırılması” deyil, daha ehtiyatlı ifadə – «buna səylərin göstəriləcəyi» barədə öhdəlik götürülür. Sazişi imzalayan 3 dəfərdən 2-si – hökumət və biznes burada öhdəliyi maliyyələşdirən tərəflərdir və maşların artırılması məhz onların xərcinin artırılması deməkdir. Hazırda iqtisadi vəziyyəti, xüsusilə də dünyada neftin qiymətinin azalmasını (İran münaqişəsinin fonunda neftin 100 dolların üzərində olması müvəqqətidir – FED.az), eləcə də ölkədə neft hasilatının tədricə nazalmasını, büdcə üçün fərqli sahələrdən davamlı gəlir mənbələrinin hələ tam formalaşmamasını nəzərə alsaq, hələlik hökumətin minimum əmək haqqı ilə bağlı ciddi planlar quracağı inandırıcı deyil. Təsadüfi deyil ki, son illər ərzində ilk dəfə olaraq 2026-cı ilin əvvəlində minimum əmək haqqının artması baş vermədi və bu təəccüblü olmadı.

Ona görə də Baş Kolelktiv Sazişdə nəzərdə tutulmasına baxmayaraq həmin addımın yaxın vaxtlarda reallaşması sual altındadır. Yeri gəlmişkən, Avropanın özündə də heç də bütün ölkələr 60% qaydasına əməkl eləmirlər. Məsələn, bəzi ölkələr, o cümlədən Fransa və Portuqaliya bu standartı qorumağa çalışsa da, Şərqi Avropa və MDB ölkələrində bu nisbət adətən 35-45% civarında dəyişir – Azərbaycanda da hazırda bu rəqəm 35%-dir. Sazişdəki «mərhələli artım» ifadəsi isə o deməkdir ki, dövlət 60%-lik hədəfə birdən-birə deyil, bir neçə il ərzində bu çatmağı öhdəsinə götürür.

Yeri gəlmişkən, Avropa Sosial Xartiyasının əmək haqqı ilə bağlı tələbləri bununla bitmir. Məsələn, Xartiya tələb edir ki, minimum əməkhaqqı sadəcə insanın bioloji mövcudluğu (yemək və sığınacaq) deyil, onun cəmiyyətə inteqrasiyasını, mədəni ehtiyaclarını və ailə üzvlərinin saxlanmasını təmin edəcək səviyyədə olmalıdır. Digər tələb budur ki, minimum əməkhaqqı daim yenilənməlidir, yəni inflyasiya və yaşayış minimumu ilə uzlaşdırılmalı, mütəmadi olaraq (adətən ildə bir dəfə) indeksləşdirilməlidir ki, həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşməsin.

Oxşarxəbərlər

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət
Manşet

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
961
ADY-də yeni təyinatlar oldu – FOTO
CƏMİYYƏT

ADY-də yeni təyinatlar oldu – FOTO

22/09/2026 22:10
955
Bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Bu ərazilərdə işıq olmayacaq

22/09/2026 21:25
956
“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır
CƏMİYYƏT

“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır

22/09/2026 20:29
962
Maştağadakı psixiatriya xəstəxanası bağlanır?
CƏMİYYƏT

Maştağadakı psixiatriya xəstəxanası bağlanır?

22/09/2026 20:08
955
Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI
CƏMİYYƏT

Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI

22/09/2026 17:15
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
961
Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
955
Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

23/09/2026 00:48
976
Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.