Sentyabrın 23-də 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasından qidalanan 10 kV-luq Şıxmahmud hava elektrik xəttində aparılacaq işlərlə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Sfera.az-a verilən məlumata görə, bu səbəbdən sabah saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud, Xəlilli və Uzunoba gölünün ətraf ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.














