Şənbə, May 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?

23/05/2026 14:55
CƏMİYYƏT
40 3
Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?
55
Baxış sayı

Azərbaycanda özəl repetitorluq fəaliyyətinin lisenziyalaşdırılması və bu sahənin qanunvericilik çərçivəsinə salınması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İlk baxışdan kölgə iqtisadiyyatının qarşısını almaq və keyfiyyətə nəzarət etmək məqsədi daşıyan bu ideya cəmiyyətdə birmənalı qarşılanmır.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli mövcud vəziyyəti təhlil edərək, bu yanaşmanın indiki mərhələdə ciddi çətinliklər yaradacağını və gözlənilən effekti verməyəcəyini bildirib.

“Repetitorluq lüks deyil, məcburi ehtiyacdır”

Ekspert qeyd edib ki, Azərbaycanda repetitorluq institutu süni şəkildə yaranmayıb:

“Bu sahə təhsil sistemindəki mövcud boşluqların, məktəb proqramları ilə Dövlət İmtahan Mərkəzinin (DİM) tələbləri arasındakı bəzi uyğunsuzluqların yaratdığı təbii bir tələbatdır. Repetitorluq bu gün valideynlər üçün bir lüks deyil, övladlarının gələcəyini təmin etmək üçün məcburi bir ehtiyacdır”.

Əmrah Həsənlinin sözlərinə görə, belə bir vəziyyətdə sahəni inzibati yollarla, lisenziyalarla sıxışdırmaq yanlış seçimdir.

“Qiymətlər kəskin artacaq, yük valideynlərin çiyninə düşəcək”

Lisenziya tətbiqinin yaradacağı fəsadlara toxunan TİHA sədri vurğulayıb ki, bu addım istər-isteməz əlavə bürokratik maneələr və rüsumlar deməkdir:

“Hər bir repetitor lisenziya və vergi ilə bağlı yaranan əlavə xərcləri mütləq şəkildə öz xidmət haqqına əlavə edəcək. Nəticədə qiymətlər kəskin şəkildə yüksələcək.

Övladını çətinliklə hazırlığa qoyan orta təbəqəli ailələr, xüsusilə regionlarda yaşayan valideynlər üçün bu xidmət daha da əlçatmaz olacaq. Bu isə təhsildə imkan bərabərliyini daha da pozacaq. Lisenziya tətbiq etmək problemi kökündən həll etmir, sadəcə onun formasını dəyişir və bütün maddi yükü valideynlərin çiyninə qoyur”.

“Evində 3-5 şagird hazırlayan müəllimə necə nəzarət etmək olar?”

Mexanizmin icrasının praktik olaraq qeyri-mümkün olduğunu deyən ekspert, bu qərarın prosesi daha da gizli fəaliyyətə sövq edəcəyini bildirib:

“Evində fərdi şəkildə 3-5 şagird hazırlayan müəllimə necə nəzarət etmək olar? Bu addım sadəcə olaraq prosesin daha da gizli formaya keçməsinə səbəb olacaq. Biz nəticə ilə deyil, səbəblə mübarizə aparmalıyıq”.

Alternativ çıxış yolu nədir? – Ekspertin təklifləri

Əmrah Həsənli dövlətin bu sahədə nizam-intizam yaratmaq və prosesi leqallaşdırmaq istəyi üçün daha effektiv alətlər təklif edib:

“Qadağanedici və ağır lisenziya mexanizmləri əvəzinə, stimullaşdırıcı vasitələrdən istifadə edilməlidir.

Hazırda repetitorların bir hissəsi aylıq simvolik məbləğdə dövlətə vergi ödəyir. Bu mexanizmi daha da genişləndirmək və sadələşdirmək olar ki, müəllimlər gizlənməkdən qorxmasınlar.

Ən əsas həll yolu məktəblərimizdə təhsilin keyfiyyətini qaldırmaqdır. İmtahan və tədris sistemi elə qurulmalıdır ki, şagird əlavə köməyə ehtiyac duymadan, sinifdə aldığı təhsillə universitetə qəbul ola bilsin. Məktəb güclü olarsa, repetitorluq öz-özünə sıradan çıxacaq və minimuma enəcək”,-deyə ekspert qeyd edib.

Oxşarxəbərlər

DİQQƏT: Etibarnamə ilə torpağa çıxarış almaq mümkün olacaq? – VACİB AÇIQLAMA
CƏMİYYƏT

DİQQƏT: Etibarnamə ilə torpağa çıxarış almaq mümkün olacaq? – VACİB AÇIQLAMA

23/05/2026 16:40
50
TƏCİLİ! Azərbaycanda uşaq pulu bu cür verilə bilər – Yeni model açıqlandı
CƏMİYYƏT

TƏCİLİ! Azərbaycanda uşaq pulu bu cür verilə bilər – Yeni model açıqlandı

23/05/2026 15:57
53
Bu şəxsləri işə götürənlər ildə 1000 manat ÖDƏMƏLİDİRLƏR
CƏMİYYƏT

Bu şəxsləri işə götürənlər ildə 1000 manat ÖDƏMƏLİDİRLƏR

23/05/2026 15:51
61
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? – VİDEO
CƏMİYYƏT

Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? – VİDEO

23/05/2026 15:38
50
Məsciddə çəkilən görüntülər GÜNDƏM oldu – VİDEO
CƏMİYYƏT

Məsciddə çəkilən görüntülər GÜNDƏM oldu – VİDEO

23/05/2026 15:36
50
Azərbaycanda ətin qiyməti kəskin BAHALAŞDI
CƏMİYYƏT

Azərbaycanda ətin qiyməti kəskin BAHALAŞDI

23/05/2026 14:56
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycan milli komandasının heyəti bəlli olub

Azərbaycan milli komandasının heyəti bəlli olub

23/05/2026 16:56
50
DİQQƏT: Etibarnamə ilə torpağa çıxarış almaq mümkün olacaq? – VACİB AÇIQLAMA

DİQQƏT: Etibarnamə ilə torpağa çıxarış almaq mümkün olacaq? – VACİB AÇIQLAMA

23/05/2026 16:40
50
Ağır QƏZA- ÖLƏN VAR

Ağır QƏZA- ÖLƏN VAR

23/05/2026 16:12
50
Elza Seyidcahan oxucularını təhqir etdi

Elza Seyidcahan oxucularını təhqir etdi

23/05/2026 16:05
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
64

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
53

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
54

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In