Şənbə, May 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏCİLİ! Azərbaycanda uşaq pulu bu cür verilə bilər – Yeni model açıqlandı

23/05/2026 15:57
CƏMİYYƏT
41 1
TƏCİLİ! Azərbaycanda uşaq pulu bu cür verilə bilər – Yeni model açıqlandı
53
Baxış sayı

Azərbaycanda “uşaqpulu” verilməsi tələbi illərdir həm ictimaiyyətin, həm də ekspert dairələrinin gündəmindən düşməyən ən aktual müzakirə mövzularından biridir. Son günlərdə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalının ARB TV-də yayımlanan “Günə doğru” verilişində səsləndirdiyi təkliflər, eləcə də Real TV-nin rəhbəri Mir Şahin Ağayevin məsələyə fərqli baxış bucağı tətbiq edən şərhləri ilə bu mövzu yenidən ölkə mediasının əsas trendinə çevrilib. Sosial dövlət prinsipləri və gələcək nəslin təminatı kontekstində uşaqpulu məsələsinin hansı formada bərpa edilə biləcəyi ətrafında ciddi müzakirələr gedir.

Məsələnin qlobal tərəfləri və Azərbaycan reallığına uyğunlaşdırılması haqqında NOCOMMENT.az-a danışan politoloq Turan Rzayev bildirib ki, uşaqpulu dediyimiz sosial ödəniş mexanizmini hər ölkə eyni məntiqlə tətbiq etmir: “Daha dəqiq desək, demoqrafik artımın zəiflədiyi və ya mənfi dinamika göstərdiyi ölkələrdə dövlət ailələrin uşaq dünyaya gətirməsi üçün bu cür maliyyə və sosial təşviqat addımları atır. Özü də hər ölkədə bu yanaşma fərqlidir. Məsələn, Almaniya, Fransa, İsveç, Norveç və digər aparıcı Avropa dövlətləri yerli ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirmək üçün birbaşa və dolayı subsidiya metodlarından geniş istifadə edirlər”.

Ekspert qeyd edib ki, Asiya və Şərqi Avropada da bənzər strateji addımlar müşahidə olunur: “Yaponiya isə illərdir aşağı doğum səviyyəsinin və yaşlı əhali bəlasının acı nəticələrini yaşamaqdadır. Ölkədə əhali sürətlə qocalır, bu isə işçi qüvvəsinin və vergi daxilolmalarının azalmasına səbəb olur. Buna görə də Yaponiya hökuməti həm ailələrə birbaşa maliyyə dəstəyi verir, həm də metropollardan regionlara köçən gənc və uşaqlı ailələr üçün xüsusi proqramlar hazırlayır. Macarıstan isə daha sərt və radikal demoqrafik təşviq modelinə keçib. Orada çoxuşaqlı ailələr üçün nəhəng vergi güzəştləri, dövlət subsidiyaları və xüsusi sosial paketlər tətbiq edilir. Metodlar müxtəlif olsa da, qlobal miqyasda məqsəd birdir: yerli əhalinin sayını artırmaq və gələcəyi sığortalamaq”.

Politoloqun fikrincə, dövlətlər bu addımı əslində təmənnasız xeyriyyəçilik kimi atmırlar, çünki bu, birbaşa iqtisadiyyatın davamlılığı ilə bağlıdır:

“Bir çox inkişaf etmiş ölkədə uşaqpulu sadəcə humanitar bir jest və ya sosial yardım deyil, dövlətin strateji demoqrafik və iqtisadi siyasətinin ən mühüm hissəsidir. Dövlət idarəçiliyi yaxşı bilir ki, bugünkü uşaq sabahın vergi ödəyicisi, istehsalçısı, əsgəri, mühəndisi, həkimi və ümumiyyətlə mövcud sistemi ayaqda saxlayan vətəndaşı olacaq. Ona görə də ailəyə və uşağa edilən hər bir dəstək əslində ölkənin gələcək kapitalına qoyulan ən təhlükəsiz investisiyadır. Azərbaycana gəldikdə isə ölkəmiz uzun illər yüksək doğum göstəricilərinə və gənc əhali strukturuna malik olduğu üçün bu problem daxildə kəskin hiss olunmurdu. Hətta vaxtilə mövcud olan klassik ‘uşaqpulu’ sisteminin 2006-cı ildə ləğv edilməsinin fundamental səbəbi məhz həmin dövrdəki sabit demoqrafik yüksəliş idi”.

Lakin son illərin statistikası və sosial reallıqları göstərir ki, artıq Azərbaycanda da analoji təhlükə siqnalları gəlməkdədir. “Son dövrlərdə ölkəmizdə də doğum səviyyəsində müəyyən azalma meyilləri müşahidə edilir. Sürətli şəhərləşmə, mənzil əldə etmək çətinlikləri və gündəlik həyat xərclərinin artması gənclərin ya çox gec evlənməsinə, ya da ümumiyyətlə ailə qurmamağı seçməsinə səbəb olur. Evlənən cütlüklər isə iqtisadi təzyiqlər fonunda 1, maksimum 2 uşaq dünyaya gətirməklə kifayətlənirlər. Bundan başqa, digər bir gizli təhlükə isə selektiv abortlar və xüsusilə biruşaqlı ailələrdə mental səbəblərdən oğlan uşaqlarına üstünlük verilməsidir. Yəni bu gün problem radikal və qorxulu şəkildə qabarmasa da, yaxın gələcək perspektivdə həm demoqrafik artımın dayanması, həm də gender (cins) balansı problemi ilə üz-üzə qala bilərik. Lakin bütün bunlara baxmayaraq, mən klassik uşaq pulunun birbaşa bərpasını uzunmüddətli və strateji perspektiv baxımından yetərli və effektiv görmürəm”, – deyə Turan Rzayev vurğulayıb.

Ekspert çıxış yolu kimi klassik sosial yardım modellərindən tamamilə fərqlənən, investisiya yönümlü innovativ bir model təklif edir:

“Əslində burada daha fərqli, dayanıqlı və strateji bir mexanizm — klassik uşaq pulu sistemi əvəzinə dövlət təminatlı ‘Uşaq Fondu’ modeli yaradıla bilər. Bu modelin qısa xülasəsi və işləmə prinsipi belədir: Uşaq doğulduğu gündən etibarən onun adına dövlət bankında xüsusi, toxunulmaz bir hesab açılır. Həmin hesaba həm valideynin rəsmi aylıq maaşından müəyyən kiçik bir faiz, həm də dövlət büdcəsindən özünün müəyyən etdiyi sabit miqdarda vəsait davamlı olaraq köçürülür. Burada sosial ədalət prinsipini qorumaq üçün differensial yanaşma tətbiq edilə bilər. Məsələn, uşaq sayı çox olan, maaşı daha az və ya minimum əməkhaqqı həddində qərarlaşan vətəndaşların rəsmi gəlirindən tutulan faiz minimuma endirilə, əvəzində dövlətin həmin uşaq üçün hesaba qoyduğu pay artırıla bilər. Əksinə, yüksək gəlirli və maaşı çox olan vətəndaşdan tutulan faiz bir qədər yüksək saxlanıla, dövlətin üzərinə düşən maliyyə yükü isə azaldıla bilər. Beləliklə, ayrılan vəsait valideyn tərəfindən cari gündəlik istehlak üçün xərclənməz, birbaşa uşağın gələcəyi üçün fondda kapitallaşar”.

Ekspertin sözlərinə görə, təklif edilən bu modelin ən böyük üstünlüyü onun vətəndaşı istehlakçıdan kapital sahibinə çevirməsindədir:

“Klassik uşaq pulu modeli yalnız gündəlik inflyasiya xərclərini qarşılamağa yönəlir. Ailə həmin vəsaiti götürüb dərhal ərzağa, məktəb ləvazimatlarına, kommunal xidmətlərə və digər cari ehtiyaclara sərf edir. Pul dərhal bazara və dövriyyəyə daxil olaraq əriyir və uşağın gələcək həyatına fundamental bir təsir göstərmir. ‘Uşaq Fondu’ modeli isə istehlak deyil, gələcək kapital formalaşdırılması məntiqinə əsaslanır. Sadə bir hesablama aparaq: əgər valideyn hər ay həmin hesaba cəmi 20 manat yatırarsa, dövlət də öz tərəfindən əlavə olaraq bura 70-80 manatlıq bir dəstək qoyarsa, 18 yaşına çatmış və yetkinlik yaşına qədəm qoymuş gəncin şəxsi hesabında on minlərlə manat vəsait toplanacaq. Üstəlik, həmin vəsaitlər fond tərəfindən 18 il ərzində müxtəlif risklərdən qorunmuş investisiya mexanizmləri, dövlət istiqrazları vasitəsilə dövriyyəyə buraxılıb artırılarsa, bu məbləğ gənclər üçün daha ciddi bir start kapitalına çevrilə bilər”.

Politoloq bu modelin gənclərin cəmiyyətə inteqrasiyasındakı rolunu qeyd edərək fikirlərini tamamlayıb: “Belə bir sistem reallaşarsa, müstəqil həyata qədəm qoyan heç bir azərbaycanlı gənc sıfırdan və ya maddi çarəsizlikdən başlamayacaq. Universitetdə ödənişli təhsil haqqının qarşılanması, ilk mənzilin alınması üçün tələb olunan ilkin ödəniş, şəxsi kiçik biznesini qurmaq və ya xaricdə peşəkar inkişaf kursları keçmək üçün əlində hazır baza kapitalının olması həm sosial, həm də iqtisadi baxımdan ölkədə nəhəng müsbət dəyişiklik yarada bilər. Xüsusilə Azərbaycanda gənclərin 18-25 yaş aralığında uzun müddət valideynlərindən və ailələrindən iqtisadi baxımdan tam asılı vəziyyətdə qaldığını, iş tapmaqda çətinlik çəkdiyini nəzərə alsaq, bu innovativ fond modeli gələcək milli təhlükəsizliyimiz və iqtisadi rifahımız üçün ən effektli silaha çevrilə bilər”.

Oxşarxəbərlər

DİQQƏT: Etibarnamə ilə torpağa çıxarış almaq mümkün olacaq? – VACİB AÇIQLAMA
CƏMİYYƏT

DİQQƏT: Etibarnamə ilə torpağa çıxarış almaq mümkün olacaq? – VACİB AÇIQLAMA

23/05/2026 16:40
50
Bu şəxsləri işə götürənlər ildə 1000 manat ÖDƏMƏLİDİRLƏR
CƏMİYYƏT

Bu şəxsləri işə götürənlər ildə 1000 manat ÖDƏMƏLİDİRLƏR

23/05/2026 15:51
61
Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? – VİDEO
CƏMİYYƏT

Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? – VİDEO

23/05/2026 15:38
50
Məsciddə çəkilən görüntülər GÜNDƏM oldu – VİDEO
CƏMİYYƏT

Məsciddə çəkilən görüntülər GÜNDƏM oldu – VİDEO

23/05/2026 15:36
50
Azərbaycanda ətin qiyməti kəskin BAHALAŞDI
CƏMİYYƏT

Azərbaycanda ətin qiyməti kəskin BAHALAŞDI

23/05/2026 14:56
56
Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?
CƏMİYYƏT

Uşağı hazırlığa gedən valideynlərə PİS XƏBƏR: Yeni şərt nələri DƏYİŞƏCƏK?

23/05/2026 14:55
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycan milli komandasının heyəti bəlli olub

Azərbaycan milli komandasının heyəti bəlli olub

23/05/2026 16:56
50
DİQQƏT: Etibarnamə ilə torpağa çıxarış almaq mümkün olacaq? – VACİB AÇIQLAMA

DİQQƏT: Etibarnamə ilə torpağa çıxarış almaq mümkün olacaq? – VACİB AÇIQLAMA

23/05/2026 16:40
50
Ağır QƏZA- ÖLƏN VAR

Ağır QƏZA- ÖLƏN VAR

23/05/2026 16:12
50
Elza Seyidcahan oxucularını təhqir etdi

Elza Seyidcahan oxucularını təhqir etdi

23/05/2026 16:05
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
64

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
53

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
54

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.