Azərbaycanda fiziki şəxslər arasında kartdan-karta pul köçürmələrinin həcmi rekord səviyyəyə çatıb. Lakin mağaza, kafe və digər ticarət obyektlərində mal və xidmətlərə görə ödənişlərin bu üsulla qəbul edilməsi qanunsuz hesab olunur. Dövlət Vergi Xidməti bu sahədə nəzarəti daha da sərtləşdirib.
Gündəm24.az xəbər verir ki, iaşə və pərakəndə satış obyektlərində POS-terminal əvəzinə şəxsi bank kartlarına ödəniş qəbul edən sahibkarlarla bağlı mütəmadi monitorinqlər və əməliyyat vergi nəzarəti tədbirləri həyata keçirilir.
Dövlət Vergi Xidmətinin rəis müavini Günel Bəhramqızının sözlərinə görə, kartdan-karta köçürmələr zamanı alıcılara nə kassa çeki, nə də POS-terminal çıxarışı təqdim olunur. Bu isə həm istehlakçı hüquqlarının pozulmasına, həm də məhsulun geri qaytarılması zamanı alış-verişin təsdiqlənməsində problemlərə səbəb olur./Ajans.az
Ətraflı Xəzər Xəbər-in sujetində:














