Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı

26/05/2026 10:24
CƏMİYYƏT
806 25
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
688
Paylaşım sayı
955
Baxış sayı

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ardıcıl istirahət günlərinin yaranması bölgələrə səfərləri artırıb, bu isə günlük kirayə ev bazarında qiymətlərin bahalaşmasına səbəb olub.

Gündəm24.az milliaz-a istinadən xəbər verir ki, xüsusilə Qəbələ, Şəki, Quba, İsmayıllı, Lənkəran, Qax və Nabran kimi turizm bölgələrində günlük kirayə evlərə və fərdi yaşayış evlərinə tələbat kəskin yüksəlib. Əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, bayram günləri yaxınlaşdıqca qiymətlər adi günlərlə müqayisədə 30-50 faiz arasında artıb.

Hazırda bölgələrdə sadə şəraitli fərdi həyət evlərinin günlük qiyməti 80-150 manat arasında dəyişir. Orta səviyyəli, təmirli və tam əşyalı evlər isə 150-300 manata təklif olunur. Hovuzlu, geniş həyəti və əlavə istirahət imkanları olan lüks villa və kotteclərin qiyməti 300-700 manat arasında dəyişir. Qəbələ və Şəkidə yerləşən bəzi premium villalarda isə günlük qiymətlər 1000 manata qədər yüksəlir.

Dənizkənarı və meşə ərazilərinə yaxın yerləşən fərdi evlərə maraq daha çoxdur. Sosial şəbəkələr və onlayn elan platformalarında yerləşdirilən günlük evlərin əksəriyyətinin artıq bron edildiyi bildirilir.

Turizm sahəsində fəaliyyət göstərən şəxslər qeyd edirlər ki, son illərdə vətəndaşlar hotellərlə yanaşı fərdi evlərə daha çox üstünlük verirlər. Xüsusilə ailəvi və dostlarla birlikdə istirahət planlaşdıran şəxslər sakitlik və rahatlıq baxımından fərdi həyət evlərini seçirlər. Bu səbəbdən bayram günlərində fərdi ev bazarında qiymətlər daha sürətlə artır.

Daxili turizmdə müşahidə olunan canlanma bölgə iqtisadiyyatına müsbət təsir göstərsə də, bəzi hallarda süni qiymət artımları və standartlara uyğun olmayan evlərin baha qiymətə təklif edilməsi narazılıq yaradır. Vətəndaşlara tövsiyə olunur ki, günlük ev kirayələyərkən qiymətləri əvvəlcədən müqayisə etsinlər, evin şəraiti ilə bağlı detalları dəqiqləşdirsinlər və bron prosesini erkən həyata keçirsinlər.

Oxşarxəbərlər

Hasil Abbasov onlara yüksək vəzifə verdi
CƏMİYYƏT

Hasil Abbasov onlara yüksək vəzifə verdi

24/09/2026 10:57
951
Bakının bu ərazisində evlər 20 faiz bahalaşacaq
CƏMİYYƏT

Bakının bu ərazisində evlər 20 faiz bahalaşacaq

24/09/2026 10:20
951
Milli Məclis mühüm qərar qəbul edib: 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək
CƏMİYYƏT

Milli Məclis mühüm qərar qəbul edib: 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək

24/09/2026 10:12
951
Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA — Kilosu 4 manata…
CƏMİYYƏT

Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA — Kilosu 4 manata…

24/09/2026 10:06
958
IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR
CƏMİYYƏT

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
957
Sumqayıt sakinləri nədən narazıdır – PROBLEMLƏR BİTMİR
CƏMİYYƏT

Sumqayıt sakinləri nədən narazıdır – PROBLEMLƏR BİTMİR

24/09/2026 09:34
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Həyatımın ən böyük sevgisi” — Foto

“Həyatımın ən böyük sevgisi” — Foto

24/09/2026 11:04
954
Hasil Abbasov onlara yüksək vəzifə verdi

Hasil Abbasov onlara yüksək vəzifə verdi

24/09/2026 10:57
951
Bakının bu ərazisində evlər 20 faiz bahalaşacaq

Bakının bu ərazisində evlər 20 faiz bahalaşacaq

24/09/2026 10:20
951
Emin BU VİDEO ilə MÜHÜM XƏBƏRİ elan etdi – GÖRÜNTÜLƏR

Emin BU VİDEO ilə MÜHÜM XƏBƏRİ elan etdi – GÖRÜNTÜLƏR

24/09/2026 10:18
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

24/09/2026 08:27
955

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In