Qurban bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.
Gündəm24.az xəbər verir ki, Təzəpir məscidində bayram namazı 09:00-da qılınıb.
08:00
Bakıda Əjdərbəy məscidində Qurban bayramı namazı qılınıb.
Gündəm24.az xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı mayın 27-28-də qeyd olunur.














