Çərşənbə, May 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bayramda süni qiymət artımı doğru deyil! – QMİ-dən ÇAĞIRIŞ

27/05/2026 10:22
CƏMİYYƏT
39 3
Bayramda süni qiymət artımı doğru deyil! – QMİ-dən ÇAĞIRIŞ
53
Baxış sayı

Qurban bayramına sayılı günlər qaldıqca, bazarlarda və satış məntəqələrində canlanma artır. Bayram ərəfəsində xüsusilə qurbanlıq heyvanlara və ərzaq məhsullarına tələbat yüksəldiyi üçün qiymətlərlə bağlı müzakirələr də aktuallaşır. Bəzi hallarda isə satıcıların fürsətdən istifadə edərək qiymətləri süni şəkildə artırdığı müşahidə olunur ki, bu da cəmiyyətdə narazılıq yaradır.

Gündəm24.az   xəbər verir ki, mövzu ilə bağlı modern.az-a açıqlamasında “İçərişəhər” Cümə məscidinin axundu Hacı Surxay Məmmədli ilk olaraq qeyd edib ki, Qurban bayramında insanlar bir-birinə mərhəmət göstərir, paylaşır, bir-birinə dayaq olur.

“Ümumiyyətlə, bu bayramlar insanları mərhəmətə, şəfqətə səsləyir. Amma təəssüf ki, son illər Qurban, Ramazan və Novruz bayramları ərəfəsində bəzi hallarda süni qiymət artımlarının şahidi oluruq. Bu isə bayramın mahiyyətinə uyğun deyil. Əgər biz mərhəmətdən, xeyirxahlıqdan, səmimiyyətdən danışırıqsa, bu bayram qardaşlıq, həmrəylik və sosial paylaşma bayramıdırsa, belə hallara yol verilməsi məqbul sayıla bilməz. İnsan bayram günlərində mərhəməti unudursa, başqasına qarşı sayğısızlıq edirsə, burada savab qazana bilməz. Çünki qurban ibadətinin məqsədi Allaha yaxınlaşmaqdır. Əgər kimsə bu günlərdə qiymətləri süni şəkildə artırırsa, bu nə Allaha xoş gedər, nə də insanlar arasında bəyənilər”.

İlahiyyatçı saytımıza açıqlamasında eyni zamanda süni qiymət artımı ilə bağlı əhaliyə çağırış da edib:

“Qiymət artımı ilə bağlı çağırışım budur ki, belə hallara yol verilməməlidir. Dinimiz də, insanlıq da buna icazə vermir. Əgər bayramlaşma bizi birləşdirə bilmirsə, paylaşmaq duyğusunu formalaşdırmırsa, bu artıq bayramın ruhuna ziddir və Allah da bunu bəyənməz”.

Hacı Surxay Məmmədli həmçinin Qurban kəsildikdən ətin bölüşdürülməsi məsələsinə də aydınlıq gətirib:

“Qurban kəsildikdən sonra ətin bölüşdürülməsi məsələsinə gəlincə, burada əsas məqsəd paylaşmaqdır. Qurban anlayışı təkcə heyvan kəsmək deyil, Allaha yaxınlaşmaq mənasını daşıyır. Bu ibadətin mahiyyəti insanlara yardım etmək, yoxsullara dəstək olmaq, qardaşlıq münasibətlərini gücləndirməkdir. Qurbanın savabı da məhz bu paylaşmada, insanların bir-birinə dayaq olmasındadır.

Qurban əti də adətən üç hissəyə bölünür. Bir hissəsi qurban kəsənə şamil edilir, bir hissəsi yoxsullara, fəqirlərə yardım məqsədilə verilir, digər hissəsi isə qardaş və bacılara paylanılır. Əsas məqsəd paylaşmaq, yardımlaşmaq və insanları sevindirməkdir.

Min illər əvvəl baş vermiş bu tarixi hadisə insanlara fədakarlıq, sədaqət, qardaşlıq və dostluq öyrədir. Ona görə də çalışmaq lazımdır ki, Qurban bayramında ilk növbədə ehtiyacı olan insanlara yardım edilsin, qəbirlər ziyarət olunsun, doğmalar yad edilsin, yaşlı insanların, qocalar evinə gedilsin, yetimlərə sahib çıxılsın və onların dərdinə şərik olunsun. Bu bayramın ənənəsi və rəmzidir”.

Oxşarxəbərlər

Qəbələnin bir hissəsi qazsız qaldı – Səbəb
CƏMİYYƏT

Qəbələnin bir hissəsi qazsız qaldı – Səbəb

27/05/2026 13:04
50
Baş Dövlət Yol Polisi sürücü və piyadalara çağırış etdi
CƏMİYYƏT

Baş Dövlət Yol Polisi sürücü və piyadalara çağırış etdi

27/05/2026 12:39
50
Bakıda hava tamamilə alt-üst olur – Güclü külək və temperatur enişi gəlir
CƏMİYYƏT

Bakıda hava tamamilə alt-üst olur – Güclü külək və temperatur enişi gəlir

27/05/2026 11:58
50
DİQQƏT: Qadınların gələcək pensiya kapitalı bu cür formalaşacaq – VACİB AÇIQLAMA
CƏMİYYƏT

DİQQƏT: Qadınların gələcək pensiya kapitalı bu cür formalaşacaq – VACİB AÇIQLAMA

27/05/2026 11:16
52
Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR
CƏMİYYƏT

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

27/05/2026 11:04
73
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
CƏMİYYƏT

Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər

27/05/2026 11:03
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Qəbələnin bir hissəsi qazsız qaldı – Səbəb

Qəbələnin bir hissəsi qazsız qaldı – Səbəb

27/05/2026 13:04
50
Azərbaycanda tələbə VƏFAT ETDİ

Azərbaycanda tələbə VƏFAT ETDİ

27/05/2026 12:52
58
Ermənistanı qarışdıran əməliyyat: Paşinyan onların həbsinə FƏRMAN VERDİ

Ermənistanı qarışdıran əməliyyat: Paşinyan onların həbsinə FƏRMAN VERDİ

27/05/2026 12:46
50
Baş Dövlət Yol Polisi sürücü və piyadalara çağırış etdi

Baş Dövlət Yol Polisi sürücü və piyadalara çağırış etdi

27/05/2026 12:39
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

27/05/2026 11:04
73

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
55

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

26/05/2026 09:04
61

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

26/05/2026 04:45
54

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In