Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edildi – FOTOLAR

29/05/2026 14:01
CƏMİYYƏT
776 58
Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edildi – FOTOLAR
690
Paylaşım sayı
959
Baxış sayı

Ağdərə və Ağdam rayonlarında yeni arxeoloji abidələr aşkar edilib.

Bu barədə  Gündəm24.az–a Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.

“Dəmirli” Filiz Emalı Kompleks ərazisində aparılan arxeoloji monitorinq zamanı qeydə alınmış neolit dövrü yaşayış yeri tədqiqat üçün seçilib. Canyataq qədim yaşayış yeri, eyni adlı müasir kəndin şimal-şərq hissəsində diametri təxminən 250 m, çay dərəsindən hündürlüyü 30-35 m olan allüvial təpənin cənub hissəsində kiçik bir ərazini əhatə edir. Təpə şimal hissədə Gülyataq çayının dərəsi, cənub-şərq istiqamətindən isə Canyataq çayı ilə hüdudlanır. Təpənin cənub-şərq yamacında qoyulmuş yoxlama qazıntısı zamanı neolit dövrünə aid zəngin saxsı nümunələri, xeyli sayda osteoloji qalıqlar aşkar edilib. Görünən mənzərəyə görə neolit sakinləri bu əraziyə gəldikləri dövrdə ancaq təpənin həmişə gün işığı görən, maili şərq və qərb yamacında kiçik bir ərazidə məskunlaşıblar.

Ehtimala görə, düzənlik ərazidə yerləşən ayrı-ayrı yaşayış məskənləri və ya bu məskənlər daxilində kiçik qruplar bu faydalı qazıntıların tədarükü və ticarətilə məşğul olublar. Canyataq da çox böyük ehtimalla məhz oxra (sarı, narıncı, qırmızı və qəhvəyi çalarlı təbii boya kimi işlədilən təbii mineral piqment) tədarükü həyata keçirən bir düşərgə idi. Buradan aşkar edilmiş çoxlu sayda iri daş alət fraqmentləri və oxra qırıntıları bu ehtimalın sübutu olaraq göstərilə bilər. Qarabağın neolit dövrü mədənçiləri düşərgənin yaxınlığında mövcud yataqlardan oxranı əldə edərək buraya gətirmiş, kiçik parçalara bölərək düzən ərazilərə daşıyıblar.

Eyni zamanda arxeoloji monitorinq zamanı ilkin müşahidələr göstərib ki, ərazidə vaxtilə müsəlman qəbiristanlığı mövcud olub. Lakin qəbiristanlıq salınmış təpənin böyük bir hissəsi tamamilə dağıdılaraq yerində yol inşa edilib. Həmin sahədə arxeoloqlar tərəfindən orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələri aşkar edilib. Orta əsr tapıntıları şirli və şirsiz keramika məmulatı fraqmentlərindən ibarətdir. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı kompleks yaxınlığında 3 ədəd kurqan qeydə alınıb.

Bundan başqa, növbəti arxeoloi monitorinq Ağdam rayonu ərazisində aparılıb. Nazirlər Kabinetinin qərarına əsasən, rayonun Göytəpə kəndində “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda iki arxeoloji abidə qeydə alınıb.

Göytəpə kəndinin qərbində yerləşən Göytəpə İlk tunc dövrünə aid yaşayış yeri ölkə əhəmiyyətli abidə hesab olunur. Aparılan yerüstü arxeoloji müşahidələr zamanı məlum olub ki, abidənin üst hissəsində antik dövrə aid nazik mədəni təbəqə var. Dörd hektardan artıq ərazini əhatə edən və 8 metrə yaxın hündürlüyü olan təpənin əsas hissəsi İlk Tunc dövrünə aiddir ki, bu da bəhs edilən dövrdə ərazidə intensiv məskunlaşmanın olduğunu göstərir. Bir neçə müddət öncə, Göytəpə abidəsinin qərbində yerləşən Eyvazxanbəyli kəndinin yenidən inşası zamanı abidə dağıntıya məruz qalıb.

Arxeoloji ekspedisiya tərəfindən aparılan monitorinq zamanı Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisində türbə də qeydə alınıb. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada “Şamil bəy Salman bəy oğlu” dəfn edilib. Nəzərə alsaq ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulub, çox güman ki, o, Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biridir. Türbə altıguşəli planda inşa edilib. Altıguşəli türbə memarlığı, əsasən, qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır.

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edildi - FOTOLAR

  •  

Bizi sosial şəbəkələrdə izləyin

Oxşarxəbərlər

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
965
Kredit kartı borcunu ödəyə bilməyənlərin DİQQƏTİNƏ – Mühüm AÇIQLAMA
CƏMİYYƏT

Kredit kartı borcunu ödəyə bilməyənlərin DİQQƏTİNƏ – Mühüm AÇIQLAMA

21/09/2026 15:50
962
Bu institut ləğv edilir – Baş nazir QƏRAR İMZALADI
CƏMİYYƏT

Bu institut ləğv edilir – Baş nazir QƏRAR İMZALADI

21/09/2026 15:49
969
Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR: Yeni dəstək gəlir
CƏMİYYƏT

Bu ərazilərdə yaşayanlara ŞAD XƏBƏR: Yeni dəstək gəlir

21/09/2026 15:43
965
Bakıda avtobusda sərnişinlərin səbr kasası daşdı: Sürücüyə lənət oxudular – VİDEO
CƏMİYYƏT

Bakıda avtobusda sərnişinlərin səbr kasası daşdı: Sürücüyə lənət oxudular – VİDEO

21/09/2026 15:10
965
“Azərbaycanda at qoymayıblar qala, Qazaxıstana aparırlar” – Görüntülər müzakirə yaratdı
CƏMİYYƏT

“Azərbaycanda at qoymayıblar qala, Qazaxıstana aparırlar” – Görüntülər müzakirə yaratdı

21/09/2026 14:26
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

21/09/2026 18:40
951
Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

21/09/2026 18:25
951
5 yaşlı uşağı olanların nəzərinə

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
972
3 bürc üçün şanslı həftə

3 bürc üçün şanslı həftə

21/09/2026 17:07
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In