Bakıda avtobusda sərnişinlərlə sürücü arasında mübahisə yaranıb.
Gündəm24.az xəbər verir ki, 135 nömrəli avtobusda çəkildiyi bildirilən görüntülərdə sərnişinlərin sıxlıq səbəbindən sürücüyə etiraz etdiyi görünür.
Kadrlarda nəqliyyat vasitəsinin sərnişinlərlə dolu olduğu, qapıların tam bağlanmadığı əks olunub.
Sərnişinlər avtobusda yer olmadığı halda yeni sərnişinlərin minməsi üçün qapıların açılmasına narazılıqlarını bildiriblər.
“Camaata bu qədər zülm edirsən, Allah da sənə zülm etsin”, – deyə əsəbi sərnişin qeyd edib.//bakupost.az
Həmin görüntüləri təqdim edirik:














