“Çoxuşaqlı ailə anlayışının 5-dən 3-ə endirilməsini və pensiya yaşında güzəştlər tətbiq edilən zaman uşaqların sayının nəzərə alınmasını təklif edirik. Yəni, əgər 6 uşaq varsa, bu, pensiya yaşının 6 il azaldılması, 3 uşaq varsa, pensiya yaşının 3 il azaldılması formasında olmasını məqsədəuyğun hesab edirik və praktiki olaraq bu, uşaqların sayına görə pensiya yaşının azalmasına gətirib çıxara bilər. Eyni zamanda sosial müavinət alan uşaqlı ailələrin sayında da artım müşahidə olunacaq”.
Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

“Qanunvericiliyə əsasən, 5-dən çox uşağı olan ailələr sosial müavinət alırlar. Amma çoxuşaqlı ailə anlayışına baxılması və dəyişdirilməsi praktiki olaraq 3-dən çox uşağı olan ailələrin aylıq sosial müavinətdən istifadəsinə imkan yarada bilər”, – deyə iqtisadçı əlavə etdi.












