Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) növbəti kadr dəyişikliyi baş verib.
NOCOMMENT.az xəbər verir ki, bir müddətdir qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsini icra edən Elnur Hidayətoğlu bu postdan ayrılıb.
Onun yerinə Zara İbrahimzadə təyin olunub.
Xatırladaq ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əvvəlki rəhbəri Zamirə Ədilova olub. Daha sonra bu vəzifə Elnur Hidayətoğluya həvalə edilmişdi.
Bu dəyişikliklə bağlı onun özünə zəng etsək də o, telefonlarımıza cavab vermədi.
Zara İbrahimzadənin bu vəzifəyə təyin edilməsi ilə bağlı ilk xəbəri manşet.az saytı dərc edib.












