Gündəm24.az xəbər verir ki, 6 illik fasilədən sonra səhnəyə qayıdan Şebnem Ferah İstanbulda pərəstişkarları ilə yenidən görüşüb. Məşhur rok ifaçısı KüçükÇiftlik Parkında baş tutan konsertdə “Sil Baştan”, “Can Kırıkları”, “Yağış” və “Bu Aşk Fazla Sana” kimi sevilən mahnılarını səsləndirib.
Konsert zamanı duyğusal anlar yaşayan sənətçi uzun ayrılıqdan sonra səhnəyə qayıtmağın onun üçün xüsusi məna daşıdığını bildirib. Ferah pərəstişkarlarına müraciətlə, “Sizin yoxluğunuzda buranın mənim evim olduğunu anladım” sözlərini deyərək alqışlarla qarşılanıb.
Musiqisevərlər üçün daha bir sevindirici xəbər də var. Şebnem Ferah iyunun 27-də yenidən KüçükÇiftlik Parkında səhnəyə çıxacaq. Sənətçinin yaxın vaxtlarda İzmirdə də konsert verməsi gözlənilir.
Sədaqət Həsənova














