Sığorta-pensiya sistemində maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatlar davam etdiriləcək.
Gündəm24.az xəbər verir ki, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə öz əksini tapıb.
Qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15–65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir və qeyd olunduğu kimi dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir.
Lakin, növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər.













