Yol polisi skuter sürücüsünü qəzadan xilas edib.
Gündəm24.az xəbər verir ki,paytaxtın intensiv hərəkətli yollarından birində skuter sürücüsü qəza riski yaradan təhlükəli manevr edib.
Vəziyyəti vaxtında görən yol polisi əməkdaşı dərhal müdaxilə edərək onun hərəkət hissəsinə çıxmasının qarşısını alıb.
Saniyələr içində faciəyə çevrilə biləcək hadisə yol polisinin çevik reaksiyası sayəsində baş vermədi.














