İspaniyanın Almeriya əyalətində baş verən genişmiqyaslı meşə yanğını nəticəsində azı 12 nəfər ölüb.
Ajans.az xəbər verir ki, yanğın iyulun 9-da başlayıb. İlkin ehtimallara əsasən, alov magistral yolun yaxınlığında elektrik xəttinin qırılması nəticəsində yaranıb və qısa müddətdə ətrafdakı meşə ərazisinə yayılıb.
Hazırda yanğının söndürülməsinə təxminən 300 nəfər cəlb olunub. Əməliyyatda yanğınsöndürənlər, digər təcili yardım xidmətlərinin əməkdaşları, eləcə də hərbi fövqəladə hallar bölməsinin şəxsi heyəti iştirak edir.
Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.













