Şənbə, Oktyabr 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda qadın ondan ayrılmaq istəyən sevgilisini bıçaqladı

04/06/2026 11:00
Kriminal
801 42
Bakıda qadın ondan ayrılmaq istəyən sevgilisini bıçaqladı
698
Paylaşım sayı
969
Baxış sayı

Bakının Xəzər rayonunda 28 yaşlı qız sevgi münasibətində olduğu oğlanı bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 11-də rayonunun Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində baş verib.

1998-ci il təvəllüdlü Tamara həmin küçədə yerləşən fərdi yaşayış evinin bir otağında müvəqqəti yaşayan üç il əvvəldən tanıdığı Zöhrab ilə mübahisə edib. Qadın aralarındakı sevgili münasibətinin qısqanclıq zəminin gərginləşdiyi vaxt mobil telefonla ondan hamilə qaldığını bildirərkən Zöhrab hamiləliyin ondan olmadığını, onun həyatında başqa qadının olmasını, onunla bir daha yaxınlıq etməyəcəyini və onun yanma gəlməyəcəyini bildirməsindən qəzəblənib.

Eyni zamanda mobil telefon zənglərinə cavab vermədiyindən narazı qalan Tamara qısqanclıq zəminində mübahisə yaradıb və Zöhrabın müvəqqəti yaşadığı həmin ünvandakı evə gəlib, onu cəzalandırmaq məqsədlə xəsarət yetirmək niyyətini həyata keçirmək qərarına gəlib.

Tamara evin zal otağındakı stolun üstündən ülgücü və mətbəx bıçağını götürərək paltar dolabının içində gizləndikdən sonra Zöhrabın həmin evə daxil olduğunu görüb. Həmin vaxt qadın dolabdan çıxaraq, əvvəlcədən götürüdüyü ülgüc və mətbəx bıçağı ilə qəflətən Zöhrabın döş nahiyyəsindən bir dəfə vurub.

Tamaranın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tamara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü Zöhrab ilə dalaşıblar: “Mən Zöhraba zəng edərək söhbət etmək istədiyimi dedim. O, isə artıq başqa şəxslə görüşdüyünü, həyatımda başqa qadın olduğunu bildirdi. Zöhrabının dedikləri mənə pis təsir etdiyindən onun yaşadığı evə getdim və onu bıçaqladım. Hadisədən öncə Zöhrabı 3-4 saat məhəllədə gözlədim, sonra evə girdim”.

Təqsirləndirilən şəxs ifadəsində Zöhrabı 4 ildir tanıdığını, onunla sevgili olduqlarını, lakin bir evdə yaşamadıqlarını, sadəcə Zöhrabın yaşadığı evə gedib-gəldiyini deyib: “Mən Zöhrabla iyun ayında ayrılsam da, avqust ayında barışdıq və münasibətlərimizi normal davam etdirdik. Sonra həkim yoxlanışından keçdikdə hamilə olduğumu öyrəndim. Bu barədə Zöhraba dedim. O, isə uşağın onun olmadığını və uşağa baxmayacağını bildirdi. Zöhrabı vurmağımın səbəbi hamiləliyimlə əlaqədar hisslərimin qarışıq olmaq, onunla birlikdə olmaq istəməyib olub. Buna baxmayaraq Zöhrab məndən ayrılmaq istəyib. Hadisə günü evə girərək şkafda Zöhrabı gözlədim. Həmin vaxt əlimdə bıçaq olmayıb. Bıçağı mətbəxdən götürmüşəm”.

Zərərçəkmiş şəxs qismində dindirilən Zöhrabın sözlərinə görə, hadisə günü Tamara evə gələn zaman o, evdə olmayıb: “Tamara mənə söhbət etmək istədiyini dedi. Mən ona söhbət etmək istəmədiyimi, həyatımda başqa şəxsin olduğunu bildirdim. Daha sonra evə gəldikdə Tamaranın artıq evdə olduğunu gördüm. O, şkafdan çıxdı, mənimlə bir az mübahisə etdi. Sonra bıçaq götürərək məni bir dəfə bıçaqla vurdu”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tamaranın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti tətbiq edilməklə 3 il şərti cəza verilib.

Oxşarxəbərlər

Azərbaycanda dəhşətli qətl baş verdi – Türkiyədən gəlib…
Kriminal

Azərbaycanda dəhşətli qətl baş verdi – Türkiyədən gəlib…

09/10/2026 10:29
955
Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var – VİDEO
Kriminal

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var – VİDEO

08/10/2026 13:29
961
Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı
Kriminal

Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı

08/10/2026 11:31
960
Küçədə həyatına son qoyulan Fatimənin – Fotosu
Kriminal

Küçədə həyatına son qoyulan Fatimənin – Fotosu

07/10/2026 20:30
957
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal – FOTO
Kriminal

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal – FOTO

07/10/2026 17:24
960
40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü
Kriminal

40 yaşlı kişi 24 yaşlı arvadını öldürdü

07/10/2026 11:29
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

09/10/2026 23:19
953
Azərbaycanda yaşayış binasına ildırım düşdü – FOTO

Azərbaycanda yaşayış binasına ildırım düşdü – FOTO

09/10/2026 22:54
952
“Onun nə ad gününə gələn olacaq, nə də dəfninə” — Medvedyevdən ŞOK CAVAB

“Onun nə ad gününə gələn olacaq, nə də dəfninə” — Medvedyevdən ŞOK CAVAB

09/10/2026 22:40
952
Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş il sonra yayımlandı – VİDEO

Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş il sonra yayımlandı – VİDEO

09/10/2026 22:07
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
978

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
961

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
961

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
985

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.