Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
Manşet, Özəl
794 51
PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması
699
Paylaşım sayı
971
Baxış sayı

Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək. Sizcə, bu Azərbaycanın beynəlxalq nüfuzu, regional siyasi mövqeyi və MDB-yə üzv dövlətlərlə münasibətləri baxımından əhəmiyyəti nədən ibarətdir? Sədrlik Azərbaycana hansı yeni siyasi və iqtisadi imkanlar qazandıra bilər?”

Mövzu ilə bağlı Gündəm24.az -a danışan politoloq Cavanşir Abbaslı maraqlı fikirlər səsləndirib. O, bildiribki, son illərdə Azərbaycana dünya tərəfindən olan etimad  olduqca artmaqdadır, xüsusilə 2020-ci ildəki vətən müharibəmizdən sonra öz ərazi bütövlüyümüzü, öz hesabımıza tam bərqərar edəndən sonra Azərbaycana olan etimad daha da gücləndi. Azərbaycan dünyanın təhlükəsizlik zonalarından biri sayılmaqdadır. Ona görə də bu tipli tədbirlərin Bakıda keçirilməsi, Azərbaycanda keçirilməsi barədə qərarlar çox asanlıqla verilir, onun dəstəkçilərinin sayı da kifayət qədər çox olur.

Təkcə bir faktı qeyd etmək olar ki, bundan öncə, məsələn, Amerika və Rusiya kimi super güclərin, generalların görüş məkanı kimi məsələn, Bakı seçilirdi. Təsəvvür edin ki, dünyanın iki əsas super gücü Bakıya etimad göstərirdi. Bunun özü çox ciddi bir faktor idi və gələcəkdə daha böyük tədbirlər üçün Azərbaycanın seçilməsinin bir işarəsi idi və bugün artıq o reallaşmaqdadır.

Bilirsiniz ki, gələn il İslam Əməkdaşlıq Təşkilatının eləcə də ondan bir gün sonra 2028-ci ildə Avropa Siyasi Birliyinin zirvə görüşünün ev sahibi Azərbaycan olacaq.  Bunun özü çox ciddi bir məsələdir və onun üzərində də MDB-yə sədrliyin 2028-ci ildə Özbəkistandan Azərbaycana keçməsi barədə verilən qərar da Azərbaycan baxımından  çox böyük önəm daşıyır. Bu qərarda verilərkən Azərbaycan prezidentin çıxışından sonra , ardıcıl olaraq çıxış edən digər dövlət başçılar da birmənalı şəkildə Azərbaycanın üzərində dayandılar.

Bu zaman  Lukaşenko dediklərini deməyə gərək yoxdur. Onun Azərbaycanın ev sahibliyi etməsini necə dəstəklədiyini gördük və istər-istəməz bütün bunlar Azərbaycana siyasi və iqtisadi baxımdan ciddi dividendlər qazandıracaq. MDB-yə daxil olan dövlətlərlə siyasi və iqtisadi əlaqələrimiz kifayət qədər dərindir, kifayət qədər yaxın münasibətlərə sahibik.

Hesab edirəm ki, bundan sonra bu ev sahibliyi etməyin fonunda bu münasibətlər daha da dərinləşəcək. Onun üçün də Azərbaycan tarixi nöqteyi- nəzərdən Müstəqil Dövlətlər Birliyinin 2028-ci ildəki tədbirinə müstəqillik illəri ərzində ilk dəfə ev sahibliyi etməyimizlə bağlı yetkinliklə verilən qərar olduqca mühümdür. Düşünürəm ki, onun gələcək dividendlərini də əldə edəcəyik və burada da bir məsələ var ki, həmin vaxta qədər təbii ki, mən ehtimal edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi əldə olunacaq.

Buna mənim qəti şübhəm yoxdur.  Proseslər bir qədər uzanarsa, maraqlı bir məqam ortaya çıxacaq: həmin vaxt Ermənistana rəhbərlik edəcək şəxs — istər Paşinyan, istərsə də başqa biri — tədbirdə iştirak etmək üçün Azərbaycana gəlməli olacaq. Əlbəttə, bu suala indidən dəqiq cavab vermək hələ tezdir.

Çünki kifayət qədər iki il zaman var və iki il müddətində yenə də deyirəm, sülh müqaviləsinin əldə olunacağı ehtimalı kifayət qədər böyükdür.  İndidən əksinidə düşünmək olar ki, əldə olunmasa necə olacaq.

Gündəm24.az

İlkin Əlyar

Oxşarxəbərlər

Masazırda “Mercedes Vito” yandı
Hadisə

Masazırda “Mercedes Vito” yandı

09/10/2026 20:19
951
Zaur Kərimov yüksək vəzifəyə təyin edildi
CƏMİYYƏT

Zaur Kərimov yüksək vəzifəyə təyin edildi

09/10/2026 20:18
951
AZAL-ın Moskva reysləri təxirə salındı
CƏMİYYƏT

AZAL-ın Moskva reysləri təxirə salındı

09/10/2026 20:04
951
Kimin evində varsa, atmasın: sərvət dəyərindədir
CƏMİYYƏT

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

09/10/2026 19:42
952
“Bizdən qaça bilməyəcək” – Lukaşenkodan Paşinyana
Manşet

“Bizdən qaça bilməyəcək” – Lukaşenkodan Paşinyana

09/10/2026 19:09
954
Azərbaycanda həkim vəfat etdi
CƏMİYYƏT

Azərbaycanda həkim vəfat etdi

09/10/2026 18:53
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Masazırda “Mercedes Vito” yandı

Masazırda “Mercedes Vito” yandı

09/10/2026 20:19
951
Zaur Kərimov yüksək vəzifəyə təyin edildi

Zaur Kərimov yüksək vəzifəyə təyin edildi

09/10/2026 20:18
951
AZAL-ın Moskva reysləri təxirə salındı

AZAL-ın Moskva reysləri təxirə salındı

09/10/2026 20:04
951
Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

09/10/2026 19:42
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
971

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
961

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
961

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
985

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.