Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı

05/06/2026 10:24
CƏMİYYƏT
782 58
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
696
Paylaşım sayı
966
Baxış sayı

Rabitəbank-ın maaş kartı sahiblərinə komissiya zərbəsi.

 

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının göstərdikləri xidmətlərə görə komissiya və tariflər tətbiq etməsi normal təcrübə hesab olunsa da, bəzi hallarda bu şərtlər və xidmət şəbəkəsinin yetərsizliyi vətəndaşlar, xüsusilə də maaş kartı istifadəçiləri üçün ciddi maliyyə yükünə və narazılığa çevrilir. Son dövrlər bu növ problemlərlə gündəmə gələn maliyyə qurumlarından biri də “Rabitəbank” ASC-dir.

 

Vətəndaşların Oxu24.com-a verdiyi məlumata  görə, “Rabitəbank”ın maaş kartlarından digər bankların bankomatları vasitəsilə nağd pul çıxarılarkən və ya kartdan karta (card to card) köçürmə əməliyyatları aparılarkən yüksək faiz dərəcəsi ilə komissiya tutulur. Belə ki, vətəndaşlar başqa bankın bankomatından hər 100 manat nağdlaşdırarkən bank tərəfindən düz 3 manat komissiya haqqı kəsilir. Yüksək  tarif kartdan karta pul köçürmələrinə də şamil edilir. Maaş alan sıravi vətəndaş, müəllim və ya dövlət qulluqçusu üçün bu məbləğ kifayət qədər böyük itki deməkdir.

 

Vəziyyəti daha da qəlizləşdirən əsas amil isə “Rabitəbank”ın xidmət şəbəkəsinin coğrafiyası ilə bağlıdır. Xüsusilə respublikanın bir çox  regionlarında bankın filial və bankomatlarının olmaması və ya olduqca məhdud sayda olması insanları çarəsiz vəziyyətdə qoyur. Bölgələrdə yaşayan maaş kartı sahibləri öz qanuni məvaciblərini komissiyasız nağdlaşdırmaq üçün ya kilometrlərlə məsafə qət edib başqa rayon mərkəzinə getməli, ya da məcbur qalıb yaxınlıqdakı digər bankların bankomatlarından istifadə edərək hər 100 manata görə 3 manat xidmət haqqı ödəməlidirlər. Bu infrastruktur çatışmazlığı vətəndaşların həm vaxt, həm də maddi itki ilə üzləşməsinə, böyük əziyyət çəkməsinə səbəb olur.

 

Məsələnin hüquqi tərəflərini Oxu24.com-a şərh edən hüquqşünas  Elnur Məmmədov bildirib ki, bankların digər bankomatlar vasitəsilə aparılan əməliyyatlara görə komissiya tutması qanunvericiliyə zidd olmasa da, burada mühüm şəffaflıq meyarları mövcuddur:

 

 

“Bankın maaş kartı istifadəçilərindən digər bankların bankomatları vasitəsilə nağd pul çıxarılmasına və ya köçürmə əməliyyatlarına görə komissiya tutması, prinsip etibarilə, qanunvericiliyə zidd hesab edilmir. Lakin belə komissiyaların tətbiqi bir sıra hüquqi şərtlərə riayət olunmaqla mümkündür.

İlk növbədə, bank xidmətlərinə görə tutulacaq tariflər və komissiyalar müştəri ilə bağlanmış müqavilədə, xidmət şərtlərində və ya tarif cədvəllərində aydın şəkildə göstərilməlidir. Müştəri hesab açarkən və ya maaş kartı əldə edərkən həmin şərtlərlə tanış olmaq imkanına malik olmalıdır”.

 

Onun sözlərinə görə, banklar xidmət haqları və tariflər barədə məlumatı açıq, əlçatan və başa düşülən formada təqdim etməyə borcludurlar. Tariflərdə dəyişiklik edildiyi halda, müştərilər əvvəlcədən məlumatlandırılmalı, bu barədə bankın rəsmi internet səhifəsində, mobil tətbiqində, SMS, elektron poçt və ya müqavilədə nəzərdə tutulmuş digər kommunikasiya vasitələri ilə bildiriş verilməlidir.

 

Hüquqşünas həmçinin qeyd edib ki, əgər komissiya tutulması barədə məlumat müştəriyə əvvəlcədən açıqlanmayıbsa, yaxud bank tərəfindən təqdim edilmiş tariflərdə belə ödəniş nəzərdə tutulmayıbsa, bu halda istehlakçının məlumatlandırılmaq hüququnun pozulmasından söhbət gedə bilər. Belə hallsarda müştəri bankdan əsaslandırma tələb etmək, şikayət vermək və zərurət olduqda maliyyə ombudsmanına və ya məhkəməyə müraciət etmək hüququna malikdir:

“Nəticə etibarilə, digər bankomatlardan nağdlaşdırma və köçürmələrə görə komissiya tutulması qanunvericiliyə uyğun sayıla bilər, lakin bunun üçün xidmət haqqının məbləği və tətbiq şərtləri müştəriyə əvvəlcədən və şəffaf şəkildə açıqlanmalı, bankın tarif siyasəti müştərinın məlumatlandırılması prinsiplərinə uyğun həyata keçirilməlidir”.

 

E.Məmmədovun rəyindən də göründüyü kimi, bankın tarif müəyyən etmək hüququ olsa da, istehlakçıların hüquqlarının qorunması və şəffaflıq ali prinsip olmalıdır. Regionlarda bankomat şəbəkəsini qurmayan və vətəndaşı faktiki olaraq digər bankların xidmətindən istifadə etməyə məcbur qoyan maliyyə qurumlarının yüksək faiz dərəcələri tətbiq etməsi isə sosial narazılığı artırır. Maddi çətinlik çəkən və bölgələrdə infrastruktur azlığından əziyyət çəkən vətəndaşlar mövcud tarif siyasətinə yenidən baxılmasını tələb edirlər.

 

Qeyd edək ki,Azərbaycan Mərkəzi Bankının aylıq açıqlamalarında “Rabitəbank” ən çox şikayət olunanlar sırasında yer alır.Rəsmi statistikaya nəzər saldıqca bu ilin əvvəlindən hər ay bankdan şikayətçi olan vətəndaşların faizi artıb.Aprel ayında bankdan şikayət indeksi 1.46 faiz olub. bu isə onları sarı siyahıya salıb.

Oxu24.com məsələ ilə bağlı “Rabitəbank”a sorğu ünvanlasa da,yazı yayımlanana qədər sorğuya cavab verilməyib.

Oxşarxəbərlər

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR
CƏMİYYƏT

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
951
Sumqayıt sakinləri nədən narazıdır – PROBLEMLƏR BİTMİR
CƏMİYYƏT

Sumqayıt sakinləri nədən narazıdır – PROBLEMLƏR BİTMİR

24/09/2026 09:34
952
Bakıya girişlə bağlı mühüm YENİLİK – Pulsuz nəqliyyat qərarı…
CƏMİYYƏT

Bakıya girişlə bağlı mühüm YENİLİK – Pulsuz nəqliyyat qərarı…

24/09/2026 08:14
951
8 ildən sonra rahat nəfəs alacaq 3 bürc
Manşet

8 ildən sonra rahat nəfəs alacaq 3 bürc

24/09/2026 00:49
1k
Bu sürücülərdən 30 manat haqq tutulacaq — Qərar
Manşet

Bu sürücülərdən 30 manat haqq tutulacaq — Qərar

24/09/2026 00:30
974
Ukraynanın dronu Azərbaycan əsilli şəxsi öldürdü
Manşet

Ukraynanın dronu Azərbaycan əsilli şəxsi öldürdü

23/09/2026 23:01
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Laçında dağlıq ərazidə yanğın – VİDEO

Laçında dağlıq ərazidə yanğın – VİDEO

24/09/2026 09:47
951
IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
951
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

24/09/2026 09:39
951
“Xakker Tamerlan” həbs edildi

“Xakker Tamerlan” həbs edildi

24/09/2026 09:35
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.