Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu halda cəriməni sürücü ödəməlidir – Rent-a-car işində boşluq

10/06/2026 16:08
CƏMİYYƏT
833 8
Bu halda cəriməni sürücü ödəməlidir – Rent-a-car işində boşluq
696
Paylaşım sayı
967
Baxış sayı
Rent-a-car şirkətlərindən icarəyə götürülən avtomobilləri idarə etmək üçün bir çox hallarda yol vərəqələri verilir. Buda törədilən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin tərtib olunmasında bəzi mübahisələrə səbəb olur. 

Belə hallarda məsuliyyət kimin üzərinə düşür? Bu sistem ümumilikdə necə tənzimlənir?

Məsələ ilə bağlı suallarımızı cavablandıra hüquqşünas Ərşad Hüseyinov Ajans.az-a bildirib ki, bəzən icarə müqaviləsi əvəzinə yol vərəqəsi verilir. Halbuki buna ehtiyac yoxdur. Yol vərəqəsi ümumiyyətlə nəqliyyat vasitəsinin işçiyə verilməsi və onun əmək funksiyalarını yerinə yetirməsi üçün nəzərdə tutulur. Yəni bu, müəyyən mənada işçiyə verilən tapşırıq sənədidir.

Məsələn, sürücüyə tapşırılır ki, müəyyən yükü daşısın və ya sərnişin daşınmasını həyata keçirsin. Avtobuslarda da sürücülərə yol vərəqəsi verilir və onlar şirkət adından sərnişin daşıyırlar. Buna görə də icarəyə verilən avtomobil üçün yol vərəqəsi deyil, icarə müqaviləsi olmalıdır.

İcarə müqaviləsində avtomobilin hansı müddətə verildiyi, istifadə qaydaları və digər vacib şərtlər göstərilməlidir. Əsas məqsəd odur ki, nəqliyyat vasitəsini həmin müddətdə faktiki olaraq kimin idarə etdiyi müəyyən olunsun.

Yol hərəkəti qaydaları pozulduqda məsuliyyət qaydanı pozan şəxsin üzərinə düşməlidir. Sükan arxasında kim olubsa, məsuliyyət də ona aid edilməlidir. Mexanizm əslində belə işləməlidir”.

Bəs bu cür hallarda sürücü qayda pozuntusuna yol verərsə protokol kimə tərtib olunur?

“Polis sürücünü yerində saxlayanda problem olmur. Protokol birbaşa həmin şəxsin adına tərtib edilir. Elektron qərar olduqda isə vəziyyət bir qədər fərqlidir. Əgər mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin sahibi hüquqi şəxs kimi görünürsə, elektron cərimə əvvəlcə onun adına formalaşdırılır. Lakin hüquqi şəxs avtomobili özü idarə edə bilməz.

Bu halda hüquqi şəxsə sorğu göndərilməli və avtomobili həmin vaxt kimin idarə etdiyi soruşulmalıdır. Avtomobili icarəyə verən şirkət isə icarə müqaviləsinə əsasən həmin şəxsin məlumatlarını təqdim etməlidir. Buna görə də şirkət icarə zamanı sürücülük vəsiqəsinin surətini, şəxsiyyət məlumatlarını və lazım gəldikdə fotoşəklini götürməlidir. Lazım gəldikdə icarə müqaviləsi də, bura əlavə edilə bilər.

Nəticədə cərimə avtomobili faktiki idarə edən fiziki şəxsin adına rəsmiləşdirilməlidir. Bu proses operativ şəkildə həyata keçirilməlidir, xüsusilə də xarici vətəndaşlarla bağlı hallarda.

Qanunvericilikdə problem yoxdur, əsas çətinlik praktikada yaranır. Məsələn, xarici vətəndaş Azərbaycana gəlib bir avtomobil icarəyə götürə bilər, bir neçə gün istifadə etdikdən sonra onu təhvil verib ölkədən çıxa bilər. Bu zaman sorğuların cavablandırılması və məlumatların toplanması gecikərsə, həmin şəxs ölkəni tərk etmiş olar və cərimənin icrası çətinləşər”.

Dövlət qurumları bu bazara nəzarəti hansı mexanizmlərlə gücləndirə bilər?

“Bunun qarşısını almaq üçün avtomobil icarəsi ilə məşğul olan şirkətlərlə Dövlət Yol Polisi arasında inteqrasiya olunmuş çevik elektron sistem yaradılması məqsədəuyğun olardı.

Məsələn, avtomobil icarəyə verilən kimi bu məlumat, icarə müddəti göstərilməklə, avtomatik olaraq Dövlət Yol Polisi sisteminə ötürülsün. Avtomobil geri qaytarıldıqda isə həmin qeyd dərhal ləğv edilsin. Sonra avtomobil başqa şəxsə verilərsə, yeni məlumatlar yenidən sistemə daxil edilsin.

Belə olduqda, avtomobili icarəyə götürüb qısa müddət sonra ölkədən çıxan şəxslərlə bağlı məlumatlar operativ şəkildə əldə edilə bilər və cərimələrin icrasında problem yaranmaz.

Ümumiyyətlə, Dövlət Yol Polisi ilə avtomobil icarəsi şirkətləri arasında çevik məlumat mübadiləsi sistemi qurulmalıdır. Şirkətlər bütün məlumatları dəqiq şəkildə uçota almalı və sorğu daxil olduqda yalnız həqiqi istifadəçi barədə məlumat təqdim etməlidirlər.

Hər hansı mübahisə yarandıqda isə icarə müqaviləsində avtomobilin hansı tarixdə və hansı müddət ərzində konkret şəxsin istifadəsində olduğu açıq şəkildə göstərilməlidir”.-deyə, hüquqşunas bildirib.

Oxşarxəbərlər

Pensiya bu tarixdə ödəniləcək – RƏSMİ
CƏMİYYƏT

Pensiya bu tarixdə ödəniləcək – RƏSMİ

21/09/2026 12:28
956
TƏCİLİ! Ramiz Mehdiyevin məhkəməsində QƏRAR
CƏMİYYƏT

TƏCİLİ! Ramiz Mehdiyevin məhkəməsində QƏRAR

21/09/2026 12:11
955
Maaş alanlara BƏD XƏBƏR – Yanvarın 1-dən bu qədər vergi tutulacaq
CƏMİYYƏT

Maaş alanlara BƏD XƏBƏR – Yanvarın 1-dən bu qədər vergi tutulacaq

21/09/2026 12:04
955
Bu sahələrdə çalışanlara yaxşı xəbər – Dövlət pul ayıracaq
CƏMİYYƏT

Bu sahələrdə çalışanlara yaxşı xəbər – Dövlət pul ayıracaq

21/09/2026 11:59
970
Qarabağ qazisi vəfat etdi – FOTO
CƏMİYYƏT

Qarabağ qazisi vəfat etdi – FOTO

21/09/2026 11:54
956
16 yaşadək uşaqlara sosial şəbəkə QADAĞASI – Hesablar silinəcək
CƏMİYYƏT

16 yaşadək uşaqlara sosial şəbəkə QADAĞASI – Hesablar silinəcək

21/09/2026 11:47
961

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiya bu tarixdə ödəniləcək – RƏSMİ

Pensiya bu tarixdə ödəniləcək – RƏSMİ

21/09/2026 12:28
956
TƏCİLİ! Ramiz Mehdiyevin məhkəməsində QƏRAR

TƏCİLİ! Ramiz Mehdiyevin məhkəməsində QƏRAR

21/09/2026 12:11
955
Maaş alanlara BƏD XƏBƏR – Yanvarın 1-dən bu qədər vergi tutulacaq

Maaş alanlara BƏD XƏBƏR – Yanvarın 1-dən bu qədər vergi tutulacaq

21/09/2026 12:04
955
Bu sahələrdə çalışanlara yaxşı xəbər – Dövlət pul ayıracaq

Bu sahələrdə çalışanlara yaxşı xəbər – Dövlət pul ayıracaq

21/09/2026 11:59
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.