Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

16 yaşadək uşaqlara sosial şəbəkə QADAĞASI – Hesablar silinəcək

21/09/2026 11:47
CƏMİYYƏT, Manşet
791 50
16 yaşadək uşaqlara sosial şəbəkə QADAĞASI – Hesablar silinəcək
696
Paylaşım sayı
967
Baxış sayı

Uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət artıq qlobal tendensiyaya çevrilir. Avropa İttifaqı 13 yaşadək uşaqlar üçün qadağa hazırlayarkən Azərbaycan daha sərt hədd müəyyənləşdirib: 16 yaşı tamam olmayan şəxslər yaş məhdudiyyəti tətbiq edilən platformalarda fərdi hesab aça bilməyəcəklər.

Avropa Komissiyasının təqdim etdiyi “EU KIDS Act” layihəsinə görə, 13 yaşadək uşaqların sosial şəbəkə hesabı açması qadağan ediləcək. 13–14 yaşlılar yalnız valideyn nəzarətli “mini hesab”lardan istifadə edə, 15 yaşdan sonra isə müstəqil hesab aça biləcəklər.

Sonsuz lent, videoların avtomatik açılması, gecə bildirişləri, fərdiləşdirilmiş reklamlar və süni intellekt çatbotları da məhdudlaşdırılacaq. Yaşın şəxsi məlumatlar platformaya verilmədən təsdiqlənməsi üçün xüsusi tətbiq yeddi ölkədə sınaqdan keçirilir. Layihə hələ Avropa Parlamenti və üzv dövlətlər tərəfindən qəbul edilməyib.

Azərbaycan Avropadan daha sərt model seçib

Azərbaycanda isə müvafiq qanun artıq qəbul olunub. Prezident İlham Əliyevin imzaladığı qanuna əsasən, 16 yaşı tamam olmayan şəxslərin müəyyən ediləcək sosial şəbəkələrdə fərdi hesab yaratmasına yol verilməyəcək.

Qanun dərc edildiyi tarixdən 12 ay sonra qüvvəyə minəcək. Bundan sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud hesabların girişi məhdudlaşdırılacaq. İstifadəçi yaşını təsdiqləməsə, hesabı və fərdi məlumatları silinəcək.

16–18 yaşlı yeniyetmələr yalnız qanuni nümayəndələrinin razılığı ilə hesab aça biləcəklər. Valideynlər göstərilən məzmunu, reklamları və platformadan istifadə saatlarını idarə edə biləcəklər.

Platformalar bu yaş qrupu üçün məxfilik rejimi tətbiq etməli, geolokasiyanı bağlamalı, sonsuz lent və videoların avtomatik səsləndirilməsi kimi asılılıq yaradan funksiyaları məhdudlaşdırmalıdırlar. Uşağa təhlükə yaradan məzmun ən geci 24 saat ərzində dayandırılmalıdır.

Platformalara ağır sanksiyalar

Azərbaycandakı istifadəçilərə xidmət göstərən platformalardan ölkədə qeydiyyata alınmaq və dövlət qurumları ilə Azərbaycan dilində əlaqə yaradan mərkəz açmaq tələb olunur.

Qeydiyyatdan yayınan platformaya əvvəlcə 100 min, sonra 300 min manat maliyyə sanksiyası tətbiq edilə bilər. Pozuntu davam edərsə, həmin platformada reklam yerləşdirilməsi qadağan olunacaq, internet trafiki isə mərhələlərlə 20, 50 və 90 faiz azaldıla bilər.

Yaş yoxlaması və uşaq təhlükəsizliyi tələblərinin pozulmasına görə hüquqi şəxslər 35–40 min, təkrar pozuntuya görə 45–50 min manat cərimələnə bilərlər.

Yaş necə yoxlanılacaq?

Qanun yaşın mobil telefon, elektron poçt və bank kartı məlumatları vasitəsilə yoxlanılmasını nəzərdə tutur. Toplanan məlumatların saxlanılması, üçüncü tərəfə verilməsi və reklam məqsədilə istifadəsi qadağandır. Yoxlama bitdikdən sonra məlumatlar silinməlidir.

Ancaq praktik suallar qalır: uşaq valideyninin telefonundan və ya hesabından istifadə edərsə nə baş verəcək? Saxta yaş və xaricdə yaradılmış hesablar necə aşkarlanacaq? VPN vasitəsilə qadağanı keçmək mümkün olacaqmı?

Qanunun nəticəsi həm yaş yoxlama sisteminin etibarlılığından, həm də şəxsi məlumatların qorunmasından asılı olacaq.

Cəmiyyət qadağanı dəstəkləyir

Medianın İnkişafı Agentliyinin sorğusuna görə, respondentlərin 88,2 faizi 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. Uşaqları bu yaş həddində olan valideynlər arasında göstərici 91,2 faizdir.

Bununla yanaşı, Azərbaycan gənclərinin 94,1 faizi informasiyanı sosial şəbəkələrdən alır. Sosial şəbəkə istifadəçilərinin yarısı qarşılaşdığı məlumatın doğruluğunu yoxlamır.

Azərbaycan mediası üçün nə dəyişəcək?

Qanun tətbiq ediləndən sonra TikTok, Instagram, Facebook və YouTube-da yeniyetmələrdən gələn baxışların və avtomatik tövsiyə trafikinin azalması mümkündür.

Xəbər saytları və televiziya kanalları sosial şəbəkələri yeganə yayım kanalı kimi görməməli, sayt, televiziya, mobil tətbiq və valideyn auditoriyasına yönələn məzmunu gücləndirməlidirlər.

Digər tərəfdən, bu proses peşəkar medianın etimad üstünlüyünü artıra bilər. Sorğuda televiziyaya etimad 64,6, xəbər saytlarına 43, sosial şəbəkələrə isə 31,4 faiz göstərilib.

Azərbaycan Avropanın müzakirə etdiyi həddən daha sərt model seçib. İndi əsas sual budur: qadağa uşaqları təhlükəli məzmundan qoruyacaq, yoxsa onları yaşını gizlədən və nəzarətdən kənar hesablara yönəldəcək?//musavat.com

 

Oxşarxəbərlər

3 bürc üçün şanslı həftə
Manşet

3 bürc üçün şanslı həftə

21/09/2026 17:07
963
Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə
Manşet

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

21/09/2026 17:00
964
Erməni müxalifət yenə Azərbaycanla qorxudur
Manşet

Erməni müxalifət yenə Azərbaycanla qorxudur

21/09/2026 16:48
956
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
963
“Sumqayıt” basketbol klubuna yeni baş məşqçi təyin olundu
İdman

“Sumqayıt” basketbol klubuna yeni baş məşqçi təyin olundu

21/09/2026 16:46
953
Afra Saraçoğlu hava limanında saxlanıldı
Dünya

Afra Saraçoğlu hava limanında saxlanıldı

21/09/2026 16:45
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

5 yaşlı uşağı olanların nəzərinə

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
959
3 bürc üçün şanslı həftə

3 bürc üçün şanslı həftə

21/09/2026 17:07
963
Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

21/09/2026 17:00
964
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.