Həftəsonu bəzi bürc sahibləri üçün emosional gərginliklər, gözlənilməz hadisələr və diqqət tələb edən vəziyyətlər ön plana çıxa bilər.
Sfera.az xəbər verir ki, astroloqlar bildiriblər ki, bu günlərdə xüsusilə bəzi bürclər qərar verərkən daha ehtiyatlı davranmalıdır.
Qoç
Qoç bürcündə olanlar tələskən addımlardan uzaq durmalıdır. Ani qərarlar və emosional reaksiyalar həftəsonunun enerjisini poza bilər. Sakit düşünmək və qarşı tərəfi dinləmək daha doğru seçim olacaq.
Əkizlər
Bu bürcün nümayəndələri üçün ünsiyyət məsələləri diqqət mərkəzindədir. Kiçik anlaşılmazlıqlar böyüyə bilər. Vacib söhbətlərdə sözləri daha diqqətlə seçmək tövsiyə olunur.
Əqrəb
Əqrəb bürcləri isə maliyyə və şəxsi münasibətlərdə ehtiyatlı olmalıdır. Duyğularla verilən qərarlar sonradan peşmanlıq yarada bilər. Astroloqlara görə, həftəsonu bütün bürclər üçün əsas mesaj səbirli olmaq, ani reaksiyalardan qaçmaq və öz daxili balansını qorumaqdır.














