Şənbə, İyun 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ətin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA: Ucuzlaşacaq, yoxsa…?

13/06/2026 17:00
CƏMİYYƏT
40 3
Ətin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA: Ucuzlaşacaq, yoxsa…?
54
Baxış sayı

Yay aylarının gəlişi ilə birlikdə istehlakçıları maraqlandıran əsas məsələlərdən biri də ətin qiymətində mümkün dəyişikliklərdir. Otlaq mövsümünün başlaması, heyvandarlıq məhsullarının artması və bazarda təklifin genişlənməsi qiymətlərin enəcəyinə dair gözləntilər yaratsa da, ekspertlər hesab edir ki, vəziyyət göründüyü qədər sadə deyil.
Bəs yay aylarında ətin qiymətində ciddi ucuzlaşma gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yay aylarında ətin qiymətində müəyyən sabitləşmə və ya qismən ucuzlaşma ehtimalı olsa da, kəskin qiymət enişi gözlənilmir.

Akif Nəsirli
Onun sözlərinə görə, otlaq mövsümünün başlaması və heyvandarlıq məhsullarının artması bazarda təklifin genişlənməsinə səbəb olur:

“Bu, qiymətlərə aşağı istiqamətli təzyiq göstərsə də, bazara təsir edən digər mühüm amillər də var. Yay aylarında infeksion və gənə mənşəli xəstəliklərin yayılma riski artır. Məsələn, 10 baş dana bəsləyən fermerin heyvanlarından biri xəstəlik səbəbindən tələf olarsa, bu, ümumi məhsulun maya dəyərini təxminən 10 faiz artırır. Nəticədə fermerlər qiymətləri aşağı salmaq imkanını itirirlər”.

Ekspert vurğulayıb ki, yem xərcləri ətin maya dəyərinin əsas hissəsini təşkil edir.

“Yem, yanacaq və nəqliyyat xərclərinin yüksək qalması istehsalçıların satış qiymətlərini ciddi şəkildə aşağı salmasına mane olur.
Bu səbəbdən yay mövsümündə bazarda təklif artsa belə, istehsal xərcləri qiymətlərin kəskin ucuzlaşmasının qarşısını alır”, – deyə o, əlavə edib.

Akif Nəsirli qeyd edib ki, bazarda təklif və tələbin balansı da qiymətlərin formalaşmasında həlledici rol oynayır. Təklif tələbi üstələdiyi hallarda qiymətlərdə müəyyən yumşalma müşahidə oluna bilər. Lakin əhalinin istehlak səviyyəsinin yüksək qalması və turizm mövsümü ilə əlaqədar əlavə tələbatın yaranması qiymətlərin aşağı düşməsini məhdudlaşdıracaq.
İqtisadçı idxal faktorunun da bazara təsir göstərdiyini bildirib:

“Xaricdən diri heyvan və ət məhsullarının idxalının artması daxili bazarda təklifi genişləndirərək qiymətlərin sabitləşməsinə kömək edə bilər. Əksinə, idxalın azalması və ya beynəlxalq bazarlarda qiymətlərin yüksəlməsi yerli bazarda da bahalaşma riskini artırır”.

Ekspertin fikrincə, bütün amillər birlikdə qiymətləndirildikdə yay aylarında ətin qiymətində müəyyən yumşalma mümkün olsa da, ciddi və uzunmüddətli ucuzlaşma gözləntiləri real görünmür.
Beləliklə, bazarda təklifin artması qiymətlərə müəyyən təsir göstərsə də, yüksək istehsal xərcləri, xəstəlik riskləri, logistika xərcləri, tələbatın səviyyəsi və idxal şərtləri ətin qiymətinin kəskin ucuzlaşmasına imkan verməyən əsas faktorlar olaraq qalır. Hazırkı şəraitdə daha çox qiymət sabitliyi və məhdud eniş ehtimalı ön plana çıxır.

Oxşarxəbərlər

Bəzi parkinqlərin fəaliyyəti dayandırılır
CƏMİYYƏT

Bəzi parkinqlərin fəaliyyəti dayandırılır

13/06/2026 22:50
50
Əhaliyə XƏBƏRDARLIQ: Evinizdə varsa DİQQƏTLİ OLUN
CƏMİYYƏT

Əhaliyə XƏBƏRDARLIQ: Evinizdə varsa DİQQƏTLİ OLUN

13/06/2026 19:09
50
80 qəpiklik dondurmalarla bağlı gizli təhlükə
CƏMİYYƏT

80 qəpiklik dondurmalarla bağlı gizli təhlükə

13/06/2026 13:44
55
Qəfil vəziyyətlərə hazır olun – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Qəfil vəziyyətlərə hazır olun – XƏBƏRDARLIQ

13/06/2026 12:45
57
Həyətində bu bitkilər olanın evinə həşərat girmir
CƏMİYYƏT

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

13/06/2026 12:30
54
Leysan və dolu yağır: FAKTİKİ HAVA
CƏMİYYƏT

Leysan və dolu yağır: FAKTİKİ HAVA

13/06/2026 11:37
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bəzi parkinqlərin fəaliyyəti dayandırılır

Bəzi parkinqlərin fəaliyyəti dayandırılır

13/06/2026 22:50
50
Naxçıvana uçan təyyarə Bakıya GERİ QAYITDI

Naxçıvana uçan təyyarə Bakıya GERİ QAYITDI

13/06/2026 21:19
50
Bu müəllimlərin MAAŞI ARTACAQ

Bu müəllimlərin MAAŞI ARTACAQ

13/06/2026 21:05
50
Yaqub Zurufçunun oğlundan yüksək nəticə – FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə – FOTO

13/06/2026 20:45
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Dərəçiçək mahalı: Çiçəklər vadisində gizlənən qədim Azərbaycan yurdu

Dərəçiçək mahalı: Çiçəklər vadisində gizlənən qədim Azərbaycan yurdu

12/06/2026 11:47
72

Sumqayıtda mühüm görüş: İsveçdəki “Qərbi Azərbaycana qayıdış” missiyasının nəticələri-FOTOLAR

Sumqayıtda mühüm görüş: İsveçdəki “Qərbi Azərbaycana qayıdış” missiyasının nəticələri-FOTOLAR

11/06/2026 19:14
60

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

Qırxbulaq mahalı – Qərbi Azərbaycanın tarixi və zəngin yurdlarından biri

11/06/2026 11:30
102

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

Tarixin yaddaşında yaşayan mahal: Sürməlinin əsrlərə uzanan hekayəsi

10/06/2026 11:42
74

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.