Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək

23/09/2026 19:35
CƏMİYYƏT
822 8
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
687
Paylaşım sayı
954
Baxış sayı

Azərbaycanda növbəti illərdə dağ-mədən və metallurgiya sənayesində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Gündəm24.az  xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının icrası nəticəsində istehsal və emal potensialının artırılması, yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi, investisiyaların və qeyri-neft ixracının artırılması, eləcə də regionların sosial-iqtisadi inkişafına töhfənin gücləndirilməsi gözlənilir.

Hazırda mədənçıxarma sənayesində 32 963 nəfər çalışır. Onlardan 4 063 nəfəri qadınlardır. Xam neft və təbii qaz hasilatında əmək müqaviləsi ilə işləyənlərin sayı 19 638 nəfər, metal filizlərinin hasilatı sahəsində çalışanların sayı isə 1 987 nəfərdir. Mədənçıxarma sənayesinə xidmət göstərən sahələrdə 8 633 muzdlu işçi çalışır. Onlardan 1 268-i qadındır.

Yeni iş yerlərinin Bakı və Gəncə şəhərlərində, həmçinin Daşkəsən, Balakən, Kəlbəcər və Qarabağda yaradılması planlaşdırılır.

Daşkəsəndə dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodu ilə yanaşı, Pellet istehsalı və İBD zavodunun qurulması nəzərdə tutulur. Gəncədə “Azəralüminium” MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması da əlavə məşğulluq imkanları yaradacaq.

Bundan başqa, “Baku Steel Company” QSC tərəfindən tikişsiz boru istehsalı sahəsində yeni istehsal güclərinin yaradılmasının dəstəklənməsi Bakıda iş yerlərinin artmasına imkan verəcək.

Proqram çərçivəsində Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi, ondan alüminium oksidi və alüminium istehsalı, eləcə də özəl sektor tərəfindən illik təxminən 200 min ton gücündə ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanlarının qiymətləndirilməsi planlaşdırılır.

Kəlbəcərdə Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilat və emal prosesinin qurulması, Balakəndə Filizçay polimetal yatağının texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması və tikinti işləri ilə bağlı qərarın qəbul edilməsi nəzərdə tutulur. Həmçinin Ağdərədə Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsinin dəstəklənməsi planlaşdırılır.

Yeni iş yerlərinin yalnız texniki işçilər üçün deyil, ixtisaslı kadrlar üçün də yaradılacağı gözlənilir. Xüsusilə mühəndislər, geoloqlar, mədən ölçməçiləri (geodezistlər) və əməyin təhlükəsizliyi üzrə mütəxəssislər üçün yeni vakansiyaların açılması nəzərdə tutulur.

Oxşarxəbərlər

“Coca-Cola”dan istifadəyə qadağa qoyuldu
Manşet

“Coca-Cola”dan istifadəyə qadağa qoyuldu

23/09/2026 19:02
1k
6 ayda yarım milyon insan öləcək — SƏBƏB
Manşet

6 ayda yarım milyon insan öləcək — SƏBƏB

23/09/2026 18:30
1k
SON DƏQİQƏ: Ceyhun Məmmədovun ölüm xəbəri yayıldı
Manşet

SON DƏQİQƏ: Ceyhun Məmmədovun ölüm xəbəri yayıldı

23/09/2026 18:10
972
Rusiyalı turistə Bakıda belə jest etdilər – VİDEO
CƏMİYYƏT

Rusiyalı turistə Bakıda belə jest etdilər – VİDEO

23/09/2026 17:29
958
TikTokda Söyüş Söyən “Sarışın Gözəl” Həbs Edildi
Manşet

TikTokda Söyüş Söyən “Sarışın Gözəl” Həbs Edildi

23/09/2026 17:19
967
Azərbaycanda bu rüsumlar ARTIRILDI
CƏMİYYƏT

Azərbaycanda bu rüsumlar ARTIRILDI

23/09/2026 16:31
959

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.