Rusiyanın Bryansk vilayətində sərnişin avtobusu pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Ajans.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernator səlahiyyətlərini icra edən Yeqor Kovalçuk məlumat verib.
Məlumata görə, avtobus Belarusun Qomel şəhərindən olan uşaq futbol komandasını Gelencikə istirahətə aparırmış. Hadisə nəticəsində komandanı müşayiət edən bir qadın həyatını itirib, altı nəfər yaralanıb. Yaralananlar arasında dörd azyaşlı uşaq da var.
Bütün yaralılar xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir. Digər sərnişinlərin isə yaxın vaxtlarda evlərinə qaytarılacağı bildirilib.
Qeyd edək ki, Bryansk vilayəti son aylarda mütəmadi olaraq pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır. Bundan əvvəl də bölgədə müxtəlif hücumlar nəticəsində ölən və yaralananların olduğu açıqlanmışdı.















